Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:17

R.Morningstar: «Prezidentlər Qarabağla bağlı görüşləri davam etdirməlidirlər»


 Richard Morningstar
Richard Morningstar
-
“Dağlıq Qarabağ münaqişəsinin həllinin ən yaxşı şansı prezidentlərin görüşləri davam etdirməsi və problemin konkret həlli yollarını müzakirə etməsidir”.

APA-nın xəbərinə görə, bunu dekabrın 18-də jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib.

“ABŞ ATƏT-in Minsk Qrupunun həmsədri kimi nizamlama prosesində vasitəçilik səylərini davam etdirməlidir. Real sıçrayışın nə vaxt baş verəcəyini demək çətindir. Amma düşünürəm ki, prezidentlərin görüşü pozitiv faktdır.”

Səfir Ukraynada baş verən hadisələrin digər ölkələrə necə təsir göstərəcəyi haqda sualı belə cavablandırıb:

“Əlbəttə, nəsə demək çətindir. Əgər Azərbaycandan söhbət gedirsə, bizim mövqeyimiz belədir - Azərbaycan suveren və müstəqil ölkədir və kənardan hansısa ölkənin təzyiqi olmadan nə etmək, hansı istiqamətdə hərəkət etmək barədə qərarları özü verir”.
XS
SM
MD
LG