Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:23

AŞPA-nın həmməruzəçiləri Anar Məmmədlinin həbsindən narahatdırlar


Pedro Agramunt and Joseph Debono Grech
Pedro Agramunt and Joseph Debono Grech
-
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləriu Pedro AgramuntDebone Grech Nəsimi rayon məhkəməsinin hüquq müdafiəçisi Anar Məmmədli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçməsindən dərin narahatlıq bildiriblər. Həmməruzəçilərin yaydıqları bəyanatda deyilir ki, həbs-qətimkan tədbiri sonuncu vasitə olmalıdır və buna yalnız istisna hallarda haqq qazandırmaq olar:

“Bu gün Azərbaycanda ədalətli məhkəmə sistemi və məhkəmələrin müstəqil olmaması ciddi narahatlıq doğurur. Biz Azərbaycan hakimiyyətini şəffaf məhkəmə keçirilməsi və prosesin Azərbaycanın insan haqları ilə bağlı Avropa konvensiyasına uyğun olaraq üzərinə götürdüyü öhtəliklərə cavab verməsnə təminat yaratmağa çağırırıq.
Bura həbs-qətimkan tədbiri barədə qərara yenidən baxılması da daxildir.
Biz bütün prosesi diqqətlə izləyəcək və Azərbaycana nəzərdə tutulan səfər zamanı rəhbərlik qarşısında məsələ qaldıracağıq”

Qeyd edək ki, “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin rəhbəri Anar Məmmədli əsasən qanunsuz sahibkarlıq fəaliyyəti göstərmək və vergidən yayınmaqda ittiham olunur. O Azərbaycanda keçirilən son prezident sçkilərini tənqid edən hesabat yayıb, Anar Məmmədlinin rəhbərlik etdiyi təşkilat Avropa Şurası da daxil olmaqla bir sıra beynəlxalq təşkilatlarla yaxından əməkdaşlıq edir.
XS
SM
MD
LG