Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 12:37

Azərbaycanda 20 yanvar faciəsindən 24 il keçir


Şəhidlər Xiyabanı
Şəhidlər Xiyabanı
-
20 yanvar hadisələri ilə bağlı ölkədə Ümumxalq hüzn günü elan olunub.

Səhər saatlarından 20 yanvar faciəsi qurbanlarının qəbirlərininin ziyarəti başlanıb.

Prezidenti İlham Əliyev də Şəhidlər xiyabanına gələrək 20 yanvar faciəsi qurbanlarının qəbirlərini ziyarət edib, “Əbədi məşəl” kompleksi önünə əklil qoyub.

Azərbaycanın dövlət və hökumət üzvləri, deputatlar, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarət axşam saatlarına kimi davam edəcək. Ziyarətlə əlaqədar Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyir. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən, yanvarın 20-si səhər saat 8-dən axşam saat 18-dək Parlament prospekti və Mehdi Hüseyn küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Azərbaycanın dövlət bayraqları endiriləcək.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

1994-cü ildə Azərbaycan Milli Məclisi 20 Yanvar faciəsi ilə bağlı xüsusi qərar qəbul edib.
XS
SM
MD
LG