Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:32

Cəmil Həsənli: «Avropa öz siyasi xəritəsini Xəzər dənizinə qədər genişləndirəcək»


Ukrayna hadisələrini necə qarşıladınız?
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Ukrayna hadisələrini necə qarşıladınız?

-
Kiyev bu dəfə azərbaycanlıların diqqətini «Dinamo» futbol klubu ilə yox, etiraz aksiyaları ilə cəlb edib. Kiyevdə bir-iki ay öncə hakimiyyətin avrointeqrasiya planını təxirə salmasından doğan dinc nümayişlər küçə döyüşlərinə keçib. Bu gün gözlər Ukraynadadır. Avropanın göbəyində yüzlərlə etirazçıya qarşı güc nümayiş edilir, ölənlər var.

Azərbaycandan Ukrayna necə görünür? Bu ölkədə baş verənlərin regiona, postsovet məkanına hansı təsirləri olacaq? Ukraynanın avrointeqrasiya keçidi baş tutsa, bu külək Azərbaycana da əsəcəkmi? Əks prosesin baş verməsi Rusiyanın bölgədə, xüsusilə Cənubi Qafqazda güclənməsinə səbəb olacaqmı?

«YA AVROPANIN ÜZVÜ OLUB ONUN ŞƏRTLƏRİNƏ ƏMƏL ETMƏK LAZIMDIR, YA DA…»

«Olaylar bütövlükdə region ölkələrinə də təsirsiz ötüşməyəcək»,- bunu Milli Şuranın sədri Cəmil Həsənli deyir. Onun fikrincə, bunun mütləq mənada müsbət təsir olacaq:

«Avropa öz siyasi xəritəsini Xəzər dənizinə qədər genişləndirəcək. Kim bundan könüllü faydalanmaq istəsə, bu yolu rahat keçəcək. Kim istəməsə, ölkələr bu yolu mövcud hakimiyyət olmadan keçəcək. Avropa Birliyinin sərhədi artıq Gürcüstana gəlib çatacaq».

Cəmil Həsənli
Cəmil Həsənli
Cəmil Həsənli hesab edir ki, Avropa hüdudlarında demokratiya dəyişikliyi ilə bağlı Avropa Birliyinin iradəsi ortadadır:

«Ya bu Avropanın üzvü olub onun şərtlərinə, qaydalarına əməl etmək lazımdır, ya da bir diktatura üsulu yaradıb heç nə ilə məhdudlaşmayan repressiv rejim yaratmaq lazımdır. Bunun isə əhəmiyyətli bir nəticə verəcəyinə inanmıram. Ona görə də avrostrukturlara inteqrasiya olan Qafqaz ölkələri, Ukrayna, Belarus bu qaydalara nə qədər tez uyğunlaşsalar, bu yolu bir o qədər rahat getmək olar».

Rusiya faktorunu unutmadığını deyən Cəmil Həsənlinin fikrincə, elə bu hadisələr qonşu ölkənin də daxili siyasətinə təsirsiz ötüşməyəcək:

«Bu, demokratiyanın ümumi tendensiyasıdır, Rusiyanın özünə də gedib çıxacaq».

Kiyev hadisələrini təhlil edən Cəmil Həsənli onu da xatırladır ki, Azərbaycanda da bir neçə ay öncə qanunvericilikdə icazəsiz aksiyalarda iştiraka görə cərimə və həbslər sərtləşdirilib. Amma o hesab edir ki, Azərbaycandan fərqli olaraq, Ukraynada bu qanun işləməyəcək:
Əhəd Məmmədli
Əhəd Məmmədli

«Çünki Ukraynada xalqın siyasi cəhətdən fəal hissəsi meydandadır, öz taleyinə biganə deyil və ola bilsin indi, ola bilsin martda Ukrayna Şərq Tərəfdaşlığı Proqramında Assosiativ Sazişi imzalasın».

«YANUKOVYCH MƏĞLUBDUR...»

Yanvarın 22-dən qüvvəyə minən qanun icra edilməyəcək. Müsavat partiyasının fəalı Əhəd Məmmədli də belə hesab edir. Baxmayaraq ki, Kiyevdə «Dinamo» stadionu yaxınlığında polis etirazçılara güc göstərib. Əhəd Məmmədli deyir ki, meydana çıxmaq istəyən azərbaycanlı, ukraynalı, rusiyalı cərimə nə qədər artırılsa da, yenə meydanda olacaq:

«Azərbaycanda meydan vermirlər aksiya keçirməyə, amma Kiyevdə belə deyildi. Yanukovych öz hakimiyyətinə real təhlükə görəndə belə qanuna ehtiyac gördü».

Əhəd Məmmədli xalqa qarşı güc işlətdiyi üçün Yanukovych-i məğlub sayır. Onun fikrincə, Yanukovych-in artıq Avropa Birliyindən, beynəlxalq təşkilatlardan, hətta 2004-cü il prezident seçkisində ona dəstək verən Şərqi Ukraynadan belə dəstəyi yoxdur.
Rasim Musabəyov
Rasim Musabəyov
O, əlavə edir ki, Yanukovych bu dəstəyi yenə də Rusiyada axtara bilər, amma onun fikrincə, qonşu ölkədən alınan böyük məbləğdə pul Ukrayna xalqını şirnikləşdirmədiyindən avrointeqrasiya tələbləri çətin arxa plana keçə.

«YANUKOVYCH QORXUR»

Millət vəkili Rasim Musabəyov isə Ukraynada yaranmış hazırkı siyasi böhrandan çıxış yolu görmür. O hesab edir ki, Yanukovych həm hakimiyyətini itirməkdən, həbsxanaya düşməkdən, həm də qan tökməkdən qorxur. Amma onu da qeyd edir ki, Kiyevdəki dinc nümayişlər iğtişaşlara keçib:

«Nəzarət müxalifətin əlindən çıxıb, radikalların əlinə keçib. Siyasi böhranı güzəştli danışıqlar yolu ilə həll eləmək olardı. Ola bilsin, hətta mart ayında Avropa Birliyi ilə assosiativ sazişlə bağlı danışıqlar bərpa olunsun».

Ukraynada gərginlik hələ də səngimir. Ölkə xaricində bir yandan Avropa Birliyinin sərt təpki hədələri, digər yanda Rusiyanın xarici işlər naziri Serqey Lavrov-un dəstəyi eşidilir. Bəs hansı səs eşidiləcək? Buna Ukrayna qərar verəcək.
XS
SM
MD
LG