Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:38

Ukraynada gərginlik qalır


-
Kiyevdə etirazçılar hökumətin atəşkəs təklifini rədd edəndən sonra gərginlik qalmaqdadır.

Dünən gecə Prezident Viktor Yanukovych-lə danışıqlardan sonra üç müxalifət partiyasının liderləri sülh sazişinin detallarını etirazçılara açıqlayıb. Hökumət barrikadaları sökməyə, zorakılıqdan çəkinməyə çağırıb.

Kütlə “inqilab” şüarları səsləndirib və daha çox barrikada ucaldıb. Ancaq gecə güclü qarşıdurma baş verməyib.

Sülh sazişinin bir hissəsi kimi Daxili İşlər Nazirliyi bildirir ki, etirazçıları həbs, yaxud mühakimə etməyəcək. Baş Prokurorluq bildirir ki, hazırda saxlanmış bütün etirazçıları buraxacaq.

Ancaq təklifdə tam amnistiya barədə bir söz deyilmir. Bu, o deməkdir ki, artıq həbsə atılanlar gələcəkdə ittiham oluna bilər. Ötən həftə parlament etirazlar əleyhinə məhdudlaşdırıcı qanunlar qəbul edib.
XS
SM
MD
LG