Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:21

Ukraynada saxlanan etirazçılar azad olunacaq, amma...

Ukrayna müxalifəti parlamentin qəbul etdiyi amnistiya haqqında qanun layihəsini qeyd olunan şərtlərlə qəbul etməyə hazırlaşmır

KİYEVDƏN CANLI YAYIM
16:03 28.1.2014
PARLAMENT ÖZÜNÜN 16 YANVAR ANTİMAYDAN QƏRARLARININ LƏĞV ETDİ

Müxalifətdən olan millət vəkilləri Parlamentin qərarını alqışlayırlar
Müxalifətdən olan millət vəkilləri Parlamentin qərarını alqışlayırlar

Ukraynanın ali qanunverici orqanı, Ali Rada fövqəladə toplantısında 16 yanvar qərarlarının 12-dən 9-nu ləğv etdi. 412 deputatdan 361-i, o cümlədən hakim partiyanın nümayəndələri bu qərarın lehinə səs verdilər. Baş nazir Azarovun istefasından sonra bu qərar Yanukovych hakimiyyətinin Avtomaydan hərəkatı qarşısında 2-ci kompromiss addımıdr. Avromaydan iştirakçılarının əsas tələbi - toqquşmalar zamanı həbs olunanların azad olunması, siyasi məhbuslata amnistiya və növbədənkənar prezident seçkiləridir.
14:37 28.1.2014
CATHERİNE ASHTON KİYEVƏ GEDİR.

Bu haqda Avripa Birlyinin twitter mikrobloqunda xəbər yerləşdirilib.
13:16 28.1.2014
Ukraynanın baş naziri Mykola Azarov istefa verib.

Bu barədə bəyanat Nazirlər Kabinetinin saytında yerləşdirilib. Baş nazirin sözlərinə görə, bu qərarı “ictimai-siyasi kompromis üçün əlavə imkanlar yaratmaq, münaqişənin dinc yolla həlli”, bundan başqa Ukraynanın bütövlüyünün saxlanması naminə verib.

Öz işini dəyərləndirən Azarov əmin edir ki, “bütün bu çətin illər ərzində o, Ukraynanın demokratik Avropa dövləti kimi normal inkişafı üçün hər şeyi edib”. Mən qərarı Ukrayna xalqının maraqları naminə qəbul etdim. “Ona görə dövlətimizin hər bir vətəndaşının gözləri içinə vicdanla baxa bilərəm” - o qeyd edir.
Müxalifət fəalları Azarovun istefasını istəyirdi. Onu Avropa Birliyi ilə Assosiasiya sazişindən imtinada ittiham edirlər.
Azarov Ukraynanın vergi administrasiyası, daha sonra maliyyə nazirliyinə rəhbərlik edib. 2010-cu ildən baş nazirdir. 2012-ci ilin parlament seçkilərindən sonra yenidən bu posta təyin olunub.

Davamı

XS
SM
MD
LG