Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:36

Əli İnsanov: «30 milyard pul hara, kimin cibinə gedib?»


Əli İnsanov (Arxiv foto)
Əli İnsanov (Arxiv foto)
-
Fevralın 7-də Bakı Apelyasiya Məhkəməsində keçmiş səhiyyə naziri Əli İnsanovun növbəti məhkəmə prosesi keçirilib.
Budəfəki prosesdə şahid ifadələri dinlənib.
Sabiq nazir yenə şüşə kabinəyə salınıb.
Əli İnsanov məhkəmə zalına gətirilərkən prosesi izləməyə gələn Milli Şuranın sədri Cəmil Həsənli ilə görüşüb və ona bu sözləri deyib: “Demokratiya meşə yanğını kimidir və artıq Azərbaycan sərhədlərinə yaxınlaşır. Çox az qalıb...”
Proses başlayınca Əli İnsanov Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovu 75 illik yubileyi münasibəti ilə təbrik edib. Hakim onun təbrikini yarıda kəsib.
Prosesdə vəkilin vəsatət oxumasına icazə verilməyib.
Məhkəmədə Dövlət Əmlak Komitəsinin əməkdaşı İlham Pənahov şahid ifadəsi verib.
Şahid ifadəsinə cavab olaraq Əli İnsanov bildirib ki, onun nazir olduğu dönəmdə cəmi 59 obyekt özəlləşdirilib. Sabiq nazirin sözlərinə görə, özəlləşdirilən obyektlərin çoxu balaca, xırda obyektlər olub və bunları da kasıblar özləlləşdirib:
«Yerdə qalan obyektləri prezident İlham Əliyevin ailəsi özəlləşdirib».
Hakim bu yerdə Əli İnsanovun danışmağına mane olub.
Burda «Semaşko» haqqında söhbət getdi. O xəstəxananın 2 hektar ərazisini prezidentin xalası oğlu özəlləşdirib...
Əli İnsanov sözlərinə onu da əlavə edib ki, özəlləşdirmə gedişində dövlət büdcəsinə yarım milyard pul keçirilib: «Bəs 30 milyard hara, kimin cibinə gedib? Burda «Semaşko» haqqında söhbət getdi. O xəstəxananın 2 hektar ərazisini prezidentin xalası oğlu özəlləşdirib. Dərmanların alınmasında maliyyə pozuntularından danışırsınız. Baş Apteklər İdarəsinin rəisi Rafiq Mahmudov idi. Bakı Baş Apteklər İdarəsinin də rəisi bunların qohumu - Mehriban Əliyevanın dayısı idi».
Proses boyu hakim dəfələrlə Əli İnsanovun fikirlərini axıra çatdırmağa imkan verməyib.

İlham Əliyevin, Mehriban Əliyevanın və onların yaxın qohumlarının adları çəkilən zaman hakim Əli İnsanovun səsini kəsib.
Daha sonra Əli İnsanov deyib ki, əgər mənim işçim rüşvət alıbsa, məni həbs ediblər, mən rüşvət almışamsa, bəs niyə İlham Əliyevi tutmurlar?

Hakim bu dəfə də Əli İnsanovun danışmağına mane olub.
Prosesdə digər şahid ifadələri də dinlənib.

VƏSATƏTLƏR TƏMİN EDİLMƏYİB

İclasında Əli İnsanovun vəkilləri Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov və səhiyyə naziri Oqtay Şirəliyevin şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

Vəsatət təmin olunmayıb.

Əli İnsanov şahid ifadələrinin yalan olduğunu bildirib.
Proses fevralın 14-nədək ertələnib.
XS
SM
MD
LG