Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:30

Milli Məclisdə «inqilab» və «miledi»lərdən söz düşdü


Zahid Oruc
Zahid Oruc
-
Milli Məclisin fevralın 14-də keçirilən iclasında ilk söz alan deputat Zahid Oruc Haqqın.az və Virtual.az saytlarında yazılan bir məqaləyə diqqət yönəldib:

«İki gün öncə jurnalist Eynulla Fətullayev bir yazısında AzadlıqRadiosunun jurnalistini ABŞ Xarici Əlaqələr Komitəsinin iki əməkdaşına casusluqda ittiham edir. Əlbəttə, nə mən, nə də parlamentin digər üzvləri hakim və münsif rolunda çıxış etmir və son instansiya biz deyilik. Əminəm ki, bu... hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edəcək. Bu hadisələr bir daha sübut edir ki... müxtəlif beynəlxalq qurum təmsilçilərindən – müxtəlif çətir altında, amma kəşfiyyat orqanlarının əməkdaşları kimi Azərbaycana gələn Qərb təmsilçilərindən Azərbaycana təzyiq və müdaxilələr, hakimiyyət əleyhinə kəskin mövqe tələb olunur, «Maqnitski» qanunun işə salınması istənilir... Bu, bir daha sübut edir ki, Azərbaycanda kütləvi informasiya vasitələri çevrəsində, eyni zamanda media aləmində fəaliyyət göstərənlərin daxili durumu və mənəvi imkanları nə yerdədir. Bundan əvvəl də Eynulla Fətullayev Milli Demokratiya İnstitutunun təmsilçisi Alex Grigorievs-i Azərbaycanda «facebook» inqilabı üçün ayrı-ayrı insanları təşkilatlandırmaqda ittiham eləmişdi və məsələlər xeyli dərəcədə çözülməyə başlamışdı. Ona görə mən düşünürəm ki, səfirliklər, xüsusən müxtəlif dövrlərdə Azərbaycanda çox kəskin geopolitik maraqları toqquşan dövlətlərin nümayəndələri diplomatik mandat çərçivəsində fəaliyyət göstərməlidirlər. Azərbaycanda hər hansı xarici dairənin yardım və kapitalı ilə inqilab mümkün deyil.
Oqtay Əsədov
Oqtay Əsədov
Cənab prezident sonuncu müşavirədə bir daha vurğuladı ki, kimsə rəzil olaraq özünü başqa qüvvələr, qurumlara satacaqsa, ifşa olunacaq. Bu kimi şifrəli fəaliyyətlər bizim çağırışımızla cəzaya layiq görülməsə də, heç olmasa, mənəvi məsuliyyət daşımaları üçün onların adlarını bilməliyik».

Spiker Oqtay Əsədov deputata üz tutaraq belə halların hamıya məlum olduğunu söyləyib:

«Bunları bilmək üçün nəsə lazım deyil. Elə gündəlik qəzetlərə baxmaq yetər. Amerika səfirliyinin bir işçisi vardı – xanım Rebecca Vinсent. O, indidən başlayıb ki, Azərbaycanda olimpiya oyunları keçiriləcək, biz onları boykot eləməliyik. Onun «kliçkası» (ləqəbi, ayaması mənasında – red.) da var – «miledi». Belə «miledi»lər çox olacaq, biz diqqətli olmalıyıq».

Xədicə İsmayılova: "Eynulla Fətullayev təxribatın icraçısıdır, müəllifi yox"
Gözlə

No media source currently available

0:00 0:09:56 0:00
Direct-ə keçid



Eynulla Fətullayevin iddialarını ciddi qəbul etməyən Xədicə Ismayilova məsələnin parlamentdə müzakirə olunmasını da qeyri-ciddi adlandırır, Fətullayevin kiminsə təxribatını icra etdiyini deyir. Bunun səbəbi ilə bağlı ehtimalı isə belədir ki, müxalifət düsərgəsində qarşıdurma yaratmaq istəyənlər yalançı siyahını Eynulla Fətullayevin öz adından yaysaydılar, buna heç kim inanmazdı, .

XS
SM
MD
LG