Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:24

Müşfiqabad məscidinin imamı: «Məqsəd qarşıdurma yaratmaqdır»


Mübariz Qaçayev
Mübariz Qaçayev
-
Qaradağ rayonundakı Müşfiqabad məscidinin imamı Mübariz Qaçayev son vaxtlar bəzi KİV-lərdə ona qarşı tənqidlərə münasibət bildirib. Fevralın 18-də AzadlıqRadiosuna açıqlamasında o, bunu dini icmalar arasında qarşıdurma yaratmaq istəyən qüvvələrin əməli sayıb.

Yada salaq ki, son vaxtlar bəzi KİV-lərdə sələfi təriqətinə qarşı kəskin ittihamlar səslənib. Hətta bu ittihamlarda Azərbaycandan Suriyaya vuruşmağa gedən insanların da məhz sələfi təriqətindən olan ruhanilərin təbliğatının əsirinə çevirildiyi qeyd edilir. Tənqidçilər arasında QMİ rəhbəri Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə də yer alıb.

"MƏQSƏDLƏRİ ARA QARIŞDIRMAQDIR"

Mübaqiz Qaçayev AzadlıqRadiosuna qısa müsahibəsində onun həbsi ilə bağlı yayılan məlumatlara da münasibət bildirib. O, həbsi barədə xəbərlərdə də məqsədin qarşıdurma yaratmaq olduğunu deyib. Son bir ayda iki dəfə onun həbsi xəbəri yayılıb.

Mübariz Qaçayev:

– Yalan söhbətdir. Öz işim-gücümlə, evdəki problemlərimlə məşğulam. Hamısı uydurmadır.
Məqsəd nədir sizcə bu xəbərlərin yayılmasında?
– Məqsəd fitnə-fəsad çıxarmaq, qarşıdurma yaratmaqdır. Mən belə başa düşürəm.
Niyə məhz sizin haqqınızda yayılır bu xəbərlər?
– Bunların məqsədi ara qarışdırmaqdır, işləri həmişə ondan ibarət olub. Bunların fikri odur, başqa bir şey yoxdur.

Bu sözlərdən sonra Mübariz Qaçayev dəstəyi asıb.

QMİ: “ORDAKI DİNİ İCMA ÖZÜNÜ BURAXMAĞA MƏCBUR OLUB”

Mübariz Qaçayev bir neçə il əvvəl məsciddəki dini icma qeydiyyatsız fəaliyyət göstərdiyinə görə polisə çağırılıb. O, AzadlıqRadiosuna deyirdi ki, onu ayda iki dəfə Qaradağ rayon polis bölməsinə aparıb məscidi bağlamağı tələb edirlər.

Yanvarın 31-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İçərişəhərdəki Aşurbəy məscidində və Müşfiqabad qəsəbə məscidi ilə bağlı bildirib ki, bu məscidlər İdarənin təşkilati tabeçiliyində deyil, həmin məscidlərdəki dini icmalar, onlara dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, dövlət qeydiyyatından keçməyib. “Müşviqabad məscidinə toplaşmış bir qrup şəxsin qeyri-qanuni əməlləri nəticəsində orada vaxtilə mövcud olmuş dini icma özünü buraxmağa məcbur olub”. QMİ həmin məscidlərə heç bir din xadimi təyin edilmədiyini, “özunu həmin məscidlərin imam, axundu kimi təqdim edənləri də tanımadığını” bəyan edib.
XS
SM
MD
LG