10:30
20.2.2014
-
Fevralın 19-da Rusiya prezidenti Vladimir Putinlə Almaniya kansleri
Angela Merkel telefon söhətində Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Verilən məlumata görə, prezident və kansler Ukraynada çoxsaylı insan ölümü ilə nəticələnən daxili vəziyyətlə bağlı dərin narahatlıqlarını ifadə ediblər.
Tərəflər Ukraynada stabilliyə nail olmaq üçün təcili tədbirlər görməyin vacib olduğunu qeyd ediblər.
Mətbuat xidmətinin məlumatına görə, Vladimir Putin və Angela Merkel Ukraynada baş verənlərlə bağlı əlaqələri davam etdirməyi qərara alıblar.

00:57
20.2.2014
Ukraynada müxalifətlə hökumət arasında atəşkəs razılaşması əldə edildi.
Prezident Yanukovych müxalifət liderləri ilə görüşüb. Görüşdə iştirak etmiş "Batkivshina" fraksiyasının rəhbəri Arseniy Yatsenyuk bildirib ki, avromaydana hücum olmayacaq.
Görüşdə qərara alınıb ki, vəziyyəti sabitləşdirmək üçün danışıqlar prosesi başlasın.
00:44
20.2.2014
AzadliqRadiosu Ukrayna xidməti xəbər verir:
- Barack Obama bəyan edib ki, Ukrayna "qırmızı xətti" keçsə bunun nəticələrini görəcək. Meksika səfərindən qayıdan ABŞ preziednti ordunun məsələyə qarışmasını yolverilməz sayır.
- Fevralın 19-da Həmkarlar İttifaqının binasındakı yanğında həlak xəsarət alan olmayıb. Bu haqda Avromaydan qərargahı xəbər versə də, AzadlıqRadiosunun müxbiri maydan yanıq xəsarəti alan şəxsi görüb, ona tibbi yardım göstərənlər, həmin şəxsin Həmkarların binasında yaralandığını bildirmişdilər. Avromaydanın tibbi yardım da daxil olmaqla qərargahı kimi istifadə olunan Həmkarlar binasının Berkut tərəfindən yandırıldığı iddia olunur.
- İrlandiya Birjası Ukraynanın 2 miyard dollarlıq avroistiqrazlarının qeydiyyatını dayandırıb. Söhbət Rusiyanın Ukraynaya ayırdığı 15 milyardlıq borcun texniki icrasından gedir. Ukraynanın istiqrazları bu birjada qeydiyyatdan keçdikdən sonra Rusiya onları alaraq bu yolla faktiki olaraq Ukraynaya kredit verir. Fevralın 17-də Rusiyanın maliyyə naziri elan etmişdi ki, avroistirazlar vasitəsilə Ukraynaya verilən kreditin 2-ci tranşı həyata keçrilmək üzrədir.
00:23
20.2.2014
Beynəlxalq Olimpia Komitəsi Ukrayna idmançılarının qolllarında matəm bağları ilə çıxış etmək xahişini rədd edib. Soçidə çıxış edən Ukrayna idmançıları fevralın 18-19-da Kiyevdə həlak olanların xatirəsinə hörmət göstərmək istəyiblər. Bir sıra idman yarışlarında belə qayda mövcud olsa da, Olimpia komitəsi onun öz yarışlarında tətbiq olmasına razı deyil.