02:04
24.2.2014
ABŞ-ın Milli Təhlükəsizlik Müşaviri Susan Rice bildirib ki, Rusiyanın Ukraynaya qoşun göndərməsi "ağır səhv" olardı.
NBC telekanalına müsahibəsində o, qeyd edib ki, Ukraynanın parçalanması heç kəsin mənafeyinə uyğun deyil.
Onun sözlərinə görə, Washington Ukraynada demokratik seçkilərin keçirilməsini, milli birlik hökumətinin yaradılmasını istəyir.
Rice ABŞ-ın hazırda Ukraynaya maliyyə yardımı ayırmaq üçün Beynəlxalq Valyuta Fondu ilə birgə çalışdığını bildirib.
15:58
24.2.2014
#euromaidan Maydan yaradıcılığı davam edir.Lenin postamentində qızıl unitaz http://t.co/3Zf8Fz2iOH via @youtube
— AzadliqRadiosu (@RadioAzadliq) 24.2.2014
18:29
24.2.2014
#euromaidan Ukrayna parlamenti "Berkut" xüsusi təyinatlı polis dəstəsinin buraxılması təklifunu müzakirə edir
— AzadliqRadiosu (@RadioAzadliq) 24.2.2014
02:39
25.2.2014
#euromaidan ABŞ Ukraynada islahatlara yardım etməyin zəruriliyi haqda http://t.co/VxPlszXCEM
— AzadliqRadiosu (@RadioAzadliq) 24.2.2014