Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:24

Krımda təhlükəli çağırışlar: «Kiyev borcunun əvəzinə Krımı Moskvaya versin»


Krımda yollara qoyuln Maydan əleyhinə şüar.
Krımda yollara qoyuln Maydan əleyhinə şüar.
-
KRIMDA «STOP MAYDAN» ŞÜARLARI

Ukrayna paytaxtı Kiyevdə hakimiyyət Avropa Birliyi ilə daha sıx əlaqələr tələb edən müxalifət fəalları ilə çəkişmədə ikən bu ölkənin tərkibində olan Krım Muxtar Respublikasında vəziyyət gərginləşir.

AzadlıqRadiosunun müxbirləri xəbər verirlər ki, Krımda yollar hazırda Kiyevdə gedən «Avromaydan hərəkatı» əleyhinə şüarlarla doludur. Bu şüar lövhələrini yazdıranlar isə maliyyə mənbələri gizli saxlanan qeyri-hökumət təşkilatlarıdır. Şüarlarda «Stop Maydan», «Krım sabitlik tərəfdarıdır», «Ekstremizmə yox» kimi tələblər səsləndirilir.

Krımdakı Rusiyayönümlü qurumların çoxu açıq bildirirlər ki, prezident Viktor Yanukovych onların «faşist» adlandırdıqları müxalifətlə güzəştlərə getsə, «Krımın muxtariyyətini müdafiə» edəcəklər.

BORCUN ƏVƏZİNƏ KRIM MOSKVAYA VERİLSİN?

Hətta, özünü Xalq Cəbhəsi adlandıran Rusiyayönümlü təşkilatın rəhbəri Valery Podyachy təklif edir ki, Ukrayna öz borclarının əvəzinə Krımı uzun müddətə Moskvaya icarəyə versin..
Simferepolda "Stop Maydan" şüarı ilə keçirilən mitinqdən foto, 28 yanvar 2014
Simferepolda "Stop Maydan" şüarı ilə keçirilən mitinqdən foto, 28 yanvar 2014

Bəs, məsələn, 99 illik icarə müddəti bitəndən sonra nə olacaq? Podyachy bu suala da özünə məxsus cavab verir:

«Məncə, Ukrayna müstəqil dövlət kimi 99 il yaşamayacaq. Rusiya qalacaq. Hər şey bir yana, Rusiya ABŞ, Çin, Avropa Birliyi kimi dünya oyunçusudur. Ona görə şübhəsiz ki, Rusiya mövcud olacaq. Amma Ukrayna qalacaqmı? Ona görə prinsipcə, Krımın icarəyə verilməsi hamını qane etməlidir».

Amma belə təkliflər çətin ki, Krım tatarlarının ürəyincədir. Tatar Məclisinin rəhbəri Refat Chubarov bildirir ki, SSRİ dağılandan sonra Moskva bütün keçmiş ittifaq məkanına nəzarətini əldə saxlamaq üçün bütün regional münaqişələrdən istifadə edib. İndi də daha çox Krımda etnik və dini qrupları bir-birinə qarşı qoymağa cəhdlər var..

TATARLAR «TƏXRİBAT OLMASA, PROBLEM YARANMAYACAQ» DEYİRLƏR

Məclisin rəhbəri Chubarov hesab edir ki, tatarlar və başqa etnik azlıqlar arasında narazılıqlara baxmayaraq, əgər regiona kənardan təxribatlar olmasa, Krımda sabitliyə ciddi təhlükə olmayacaq.

200 il Osmanlı İmperiyasının nəzarətində olan Krım yarımadasını 18-ci əsrdə Rusiya tutub. 1921-ci ildə Krım özünü Muxtar Respublika elan edib. 1945-ci ildə sovet hakimiyyəti onun muxtariyyətini ləğv edib. 1954-cü ildə isə Ukraynanın tərkibinə verilib. SSRİ-nin dağılmasından sonra Krım yenidən Ukrayna tərkibində öz muxtariyyətini bərpa edib.
Belqorsk şəhərində küçədə divara yazılan "Biz Rusiya iləyik!" şüarı
Belqorsk şəhərində küçədə divara yazılan "Biz Rusiya iləyik!" şüarı

Krımın 2 milyona yaxın əhalisinin 58 faizini ruslar, 24 faizini ukraynalılar, 12 faizini isə tatarlar təşkil edir.

II Dünya müharibəsi illərində Sovet hakimiyyəti yüz minlərlə Krım tatarını sürgün edib. Sovet İttifaqının dağılmasından sonra minlərlə tatar öz evlərinə qayıda bilib.

Rusiyayönümlü təşkilatların əsas məqsədləri Ukraynanı Moskvanın orbitində saxlamaq, Kiyevin Avropa Birliyi ilə daha sıx inteqrasiyasına imkan verməməkdir. Bu qüvvələr öz məqsədləri üçün tez-tez müsəlman Krım tatarları ilə pravoslav ruslar arasında gərginliyi qabardırlar.

KRIMDA RUSİYA PASPORTLARI PAYLANIR

Amma Rusiyayönümlü təşkilatlar Moskva ilə bağlılıqlarını inkar edirlər.
Rusiya, demək olar, bütün yarımadada mövcudluğunu saxlayır. Rusiyanın Simferopoldakı konsulluğu yarımadanın etnik rus olan sakinlərinə Rusiya pasportları paylayır. Krımın paytaxtı Simferopolda Rusiyanın MDB ölkələri ilə iş üzrə dövlət agentliyinin ofisi fəaliyyət göstərir.

Keçən həftə Rusiya prezidentinin Cənubi Osetiya və Abxaziya məsələləri üzrə məsləhətçisi Vladislav Surkov Krıma gizli səfərə gedib. O, bağlı qapılar arxasında Krımın baş nazirinin müavini, parlamentin spikeri və Sevastopolun qubernatoru ilə görüşüb.

Fevralın 20-də Krım parlamentinin spikeri Vladimir Konstantinov Moskvaya səfər edib Rusiya Dumasının spikeri Sergei Naryshkin-lə görüşəcək.
XS
SM
MD
LG