Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Ukraynada Milli Birlik Hökuməti yaradılır

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur.

Kütləvi qətllərdə təqsirləndirilən keçmiş prezident Viktor Yanukovych axtarışa verilib. Onun Krım yarımadasında gizləndiyi ehtimal olunur. Ukrayna keçid dövrünə qədəm qoyur. Fevralın 25-də Avromaydan inqilabında həlak olanların xatirəsi yad edilib


12:28 23.2.2014
12:37 23.2.2014
Ukrayna Dövlət Sərhəd xidmətinin açıqlamasına görə, Viktor Yanukovych-in şənbə günü Donetskdən təyyarə ilə uçmasına imkan verilməyib.
Sərhəd xidmətinin əməkdaşı Sergey Astaxov bildirib ki, təyyarə müvafiq sənədləşmə olmadan uçmağa cəhd göstərib. Sərhədçilərin dediyinə görə, nəzarətçilər sənədləri yoxlamaq istəyəndə onları bir qrup silahlı dəstə qarşılayıb və uçuşa icazə müqabilində pul təklif ediblər. Sərhədçilərin rədd cavabından sonra təyyarəyə iki zirehli maşın yaxınlaşıb, Yanukovych təyyarədən düşərək maşınlardan birinə oturub və hava limanını tərk edib.
Yanukovych-in hara uçmaq istədiyi bəlli deyil. Sərhədçilərin açıqlamasına görə, keçmiş prezident sərhəddin digər keçid məntəqələrində olmayıb.
Hüquq mühafizə orqanlarından “İnterfaks-Ukrayna” agentliyinə verilən məlumata görə, keçmiş baş nazir Nikolay Azarov ölkəni tərk edib. “O, Rusiyaya gedib” – deyə mənbə bildirib.
19:16 23.2.2014
19:18 23.2.2014
Ukraynanın azadlığa çıxmış keçmiş baş naziri Yulia Tymoshenko fevralın 23-də ABŞ səfiri Jeff Payette və Avropa Birliyinin nümayəndəliyinin rəhbəri Jan Tombinski ilə görüşüb. Görüşdə ölkənin hazırki böhrah halından çıxarılması yolları müzakirə olunub.
Məlumatı “Batkivşina” (Vətən) fraksiyasının mətbuat xidmətinə istinadən İnterfaks yayıb.
Səfirlər Tymoshenko-nu azadlığa çıxması münasibətilə təbrik ediblər, ona tezliklə sağlamlığına qovuşmağı arzulayıblar. Tərəflər hazırki durumu təhlil ediblər, böhrandan çıxış yollarını götür-qoy ediblər.
“Batkivşina”nın məlumatına görə, səfirlər razılaşıblar ki, Ukraynanın bütövlüyünü qorumaq, vətəndaşların ölümünə səbəb olan cinayət xarakterli göstərişlər verənlərin cəzalandırılması prioritet məsələlərdəndir.
Tombinski məlumat verib ki, Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Catherine Ashton gələn həftənin əvvəlində Ukraynaya səfər planlaşdırır.

Davamı

XS
SM
MD
LG