22:03
1.3.2014
BAŞLADI?
Mənsubiyyət nişanı olamayan yaraqlılar Simferopolda avtomat silahlardan atəş açıblar. Bu haqda xəbər yayan Ukraynanın kanal5 TV stansiyası xəsarət alanların olmadıqlarını bildirir.
Mənsubiyyət nişanı olamayan yaraqlılar Simferopolda avtomat silahlardan atəş açıblar. Bu haqda xəbər yayan Ukraynanın kanal5 TV stansiyası xəsarət alanların olmadıqlarını bildirir.
22:06
1.3.2014
#Ukraine @carlbildt AB 1-ci gün Ukraynanı müzakirə edəcək
— AzadliqRadiosu (@RadioAzadliq) 1.3.2014
22:10
1.3.2014
#Ukraine "B.Britaniya BMTTŞ təcili iclasını cağırıb, AB XİNlərinin toplantısını da dəstəkləyirik" W.Hague
— AzadliqRadiosu (@RadioAzadliq) 1.3.2014
22:47
1.3.2014
“Memorial” Ukraynaya ordu yeridilməsini cinayət adlandırır
Rusiyadakı insan haqlarını müdafiə təşkilatı – “Memorial” martın 1-də yaydığı bəyanatında Ukraynaya ordu yeridilməsi qərarını cinayət adlandırır: “Bu tək Ukraynaya, yaxud Rusiyaya qarşı cinayət deyil. Bu, Rusiya mədəniyyətinə, Rusiya tarixinə, Ukrayna tarixi və mədəniyyəti ilə qaynayıb-qarışmış dəyərlərimizə, eləcə də hər iki ölkənin gələcəyinə qarşı cinayətdir.
Ordunun “həmvətənlilərin qorunması” adı altında istifadəsi təcrübəsini əvvəllər də görmüşük. Bu, adətən təcavüzkarlıq üçün istifadə olunan bəhanədir. Əksinə, ordudan istifadə olunması bizim həmvətənlilərimiz üçün təhlükəyə çevrilir” – deyə “Memorial”ın bəyanatında qeyd olunur.