Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:51

İlqar Məmmədovun məhkəmə çıxışının əlyazması


Arxiv fotosu
Arxiv fotosu
Martın 12-də İsmayıllı məhbuslarının prosesində müttəhimlərə son soz verilib. REAL-Republikaçı Alternativi hərəkatı, təşkilatın sədri İlqar Məmmədovun məhkəmədəki son sözünün konspektini öz Facebook səhifəsində paylaşıb. İlqar Məmmədovun əlyazması olan bu mətndə 8 cümlədən ibarətdir. "İsmayıllı məhbusu" yazır ki, "Aldığım səkkiz illik cəza hədəsinə səkkiz cümlə ilə cavab verəcəm.

Mətni olduğu kimi oxuculara təqdim edirik.

İlgar Mammadovun əlyazması
İlgar Mammadovun əlyazması

1. Həbsimdən heç nə - cəmi 30 il əvvəl Amerika prezidenti Ronald Reyqan Sovet İttifaqını Şər İmperiyası adlandırmışdı.

2. Şər İmperiyası parçalananda, bəzi hissələri insana yaraşan dövlətçiliyə qovuşmağı bacardı, ancaq digərləri nisbətən daha kiçik ölçülü Şər xanlıqlarına çevrildilər ki, Azərbaycan da bugün vətəndaşlarını şərləyib həbsə atan xanlıqlardan biridir.

3. Dünya dövlətləri və ictimai qurumları hətta bilir kimlər və kimin adından məni həbsdən sağ ya da salamat çıxmayacağımla hədələyib.

4. Bacararlar da bunu, çünki adından bəlli olduğu kimi Şər Xanlığı çox pisliklərə qadirdir, ancaq Cümhuriyyətimizin mənli ya mənsiz, xanlığınızı yenəcəyinə inanıram.

5. Beşinci cümlə: Amerika Birləşmiş Ştatları, Avropa Birliyi, İsveçrə, Norveç, ayrıca Böyük Britaniya, Fransa, Almaniya - oturduğumuz bu məclisi 5 ay ərzində 20-dən çox diplomatdan ibarət heyətlə izləmiş, bəşəriyyətin ən qabaqcıl 1 milyard əhalisini təmsil edən bu dövlətlərin səfirliklərinin gələcəyi nəticə mənim üçün daha önəmlidir, nəinki dərvişin Parisi partlatması ənənəsinə sadiq üslubda hökm ifası

6. İnanıram, qurama həbsimə bir tək səbəbin doğrudan da 2013 prezident seçkilərindən səsverməyə 8 ay qalmış məni kənarlaşdırmaq olduğunu bütün dünya bu “məhkəmə”də aydın şəkildə gördü

7. Hökm deyildiyi kimi çıxarılsa, mən artıq 2015, 2018, 2020, 2023, 2025 seçkilərindən də xaric olunuram.

8. Odur ki, bunu demək istəyirəm: əgər Avropa Şurasında üzvlüyünə rəğmən Azərbaycana Avropa demokratik legitimlik tələbləri şamil edilməyəcəksə, gənclərimizə bunu indidən açıq-aydın deyin, getsinlər demokratik dəyişikliyin Xruşov, Den Səo Pin, Həsən Ruhani yoluna çıxsınlar; mən isə bu mübarizəmdə Azərbaycanı Avropa ölkəsi görməkdə davam edəcəm".
XS
SM
MD
LG