Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:57

Anar Həsənovun 8 il həbs cəzası almasını eşidən nənəsinin ürəyi dayandı...


Tükəzban Həsənovanı dəfn etməyə aparırlar
Tükəzban Həsənovanı dəfn etməyə aparırlar
-
İsmayıllı hadisələrinə görə məhkum edilənlərdən Anar Həsənovun 8 il həbs cəzası alması xəbəri onun ailəsində faciəyə səbəb olub. Məhkumun nənəsinin bu xəbəri eşitdikdən sonra vəfat etdiyi bildirilir. Yada salaq ki, İsmayıllı hadisələrinə görə ümumilikdə 18 nəfər həbs edilmişdi. Martın 17-də məhkəmə onlardan 8 nəfəri şərti cəza ilə azadlığa buraxdı. Yerdə qalanlar isə 2 il 6 aydan 8 ilə qədər azadlıqdan məhrum edildilər.

Onlardan biri də Anar Həsənov olub. Anar Həsənovun nənəsi Tükəzban Həsənovanın bu xəbəri eşidən kimi nitqi tutulub. Bir neçə saatdan sonra isə o, dünyadan köçüb.

«ANAMI ALDADIRDIQ...»

Anar Həsənovun atası Rasim Həsənovun dedikləri:

«İsmayıllı hadisələrində uşaqları yalan yerə tutublar. Neçə dəfə prezidentə teleqram vurmuşam, yəqin ki, çatdırmırlar. Teleqramlarım prezidentə çatdırılsaydı, o, yaxşı insandır, bir tədbir görərdi. Anam bir il idi ki, Anarın yolunu gözləyirdi. Biz onu çarəsizlikdən aldadırdıq ki, Anarı tezliklə gətirəcəyik. Anar idmançıdır, 2 dəfə Avropa çempionu olub. 7-8 il dalbadal karate üzrə Azərbaycan çempionu olub, MDB ölkələri üzrə qaydasız döyüşdə 2-ci yeri tutub. Xeyli sayda medalları var. İlham Əliyev haqda kimsə artıq bir söz deyəndə, Anar az qalırdı ki, həmin adamı cəzalandırsın».

«HƏYƏCANDAN ÜRƏYİ PARTLAYIB ÖLDÜ»

Rasim Həsənov deyir ki, məhkəmənin hökmünü də anasından gizlətmək istəyiblər. Sadəcə, xəbər istəmədən ona yetişib:

«Anam yatmış olub, bacımgil xəlvətcə söhbət ediblər ki, bəs Anara səkkiz il iş veriblər. Həmin dəm anam necə olubsa bu söhbəti eşidib. Qışqırıb deyib ki, nə dediniz, Anara iş verdilər? Bunu deyib dili tutulub. Biz gəldik, bir neçə saatdan sonra da həyəcandan ürəyi partlayıb öldü. Bu haqsızlığı gərək İlham Əliyevin özü qiymətləndirə.
Anar Həsənovun anası Məhbubə Həsənova
Anar Həsənovun anası Məhbubə Həsənova
Təsəvvür edin, atam 90 yaşlı kişidir, gecə gündüz Anar deyib ağlayır. İndi yoldaşı da rəhmətə getdi, görün, onun üçün necə çətin olacaq. Xahiş edirəm, bunu bütün dünyaya yayın, qoy hamı bu haqsızlıqdan xəbər tutsun. Anarın 30-40 üzdə olan tələbəsi var. Hansı ki, həmişə beynəlxalq yarışlardan medalla qayıdıblar. Prezident şəxsən İsmayıllıya gələndə Anarla 5-6 dəqiqə dialoqda olub, ona öz tövsiyələrini çatdırıb. Bəyəm Anar İlham Əliyevin yerində oturacaqdı?».

«ANAR HÖKUMƏTƏ ÇOX QULLUQ ETDİ. BUDUR BUNUN ƏVƏZİ?»

Anar Həsənovun anası Məhbubə Həsənovanın dedikləri:

«Mehriban xanım, xahiş edirəm, Anarı buraxdırın, onun günahı yoxdur, onu nahaq yerə tutublar. Nənəsinin ürəyi partlayıb öldü, Anar deyə-deyə öldü. Anarın yoldaşı balaları ağlaya, ağlaya qalıb. O, uşaqların heç bir günahı yoxdur. Onları zəng edib çağırıblar ki, amanın günüdür, gəlin kömək edin, sonra da tutub basıblar «türmə»yə. Belə olmaz axı. Anar hökumətə çox qulluq etdi. Budur bunun əvəzi?».

Anar Həsənovun əmisi yoldaşı İlhamə Həsənova:

Soldan 1-ci Anar Həsənovdur
Soldan 1-ci Anar Həsənovdur
«Nə vaxtdan adam ayırmaq günah olub? Gərək qoyaydı ki, bir birilərini öldürsünlər? Bizim balalarımızın nə günahı var? Nənəsi də ürəyi partlayıb öldü, biz də partlayacağıq. Prezidentə hadisə barədə düzgün məlumat verilsəydi, indi bu uşaqlar orda yatmazdılar. Nə oldu Anarın yaxasında prezidentin şəkli, əlində həmişə prezidentin şəkli, indi dövlətə qarşı çıxdı? Bu damğanı ona vuranlar balalarından görsünlər».

«HEYDƏR ƏLİYEV MƏNƏ İKİ DƏFƏ MEDAL VERİB»

Anar Həsənovun babası Sahab Həsənov:

«Həyat yoldaşım Anar deyə-deyə öldü. Mən 47 il dövlət işində işləmişəm. Həmişə Heydər Əliyevin müşavirələrində iştirak etmişəm. O, mənə 2 dəfə orden-medal verib. Axırda nəvəmin üzünə məhkəmədə bir nəfər də olsa durmaya-durmaya ona 8 il iş verdilər».
XS
SM
MD
LG