Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 02:24

Ahmet Davutoğlu YouTube videosundan danışdı


Ahmet Davutoğlu
Ahmet Davutoğlu
-
Türkiyənin xarici işlər naziri Ahmet Davutoğlu martın 28-də Kütahyada çıxışında bu günlərdə yayılan YouTube videosundan danışıb. Videoda təhlükəsizlik işçiləri Suriyaya mümkün hərbi müdaxiləni müzakirə ediblər.

Videoda Osmanlı İmperiyası banisinin babası Süleyman Şahın türbəsinin mühafizəsi üçün mümkün əməliyyatdan danışılır. Türbə Suriyanın şimalında yaraqlı islamçıların nəzarət etdiyi ərazidədir. 1921-ci ildə Fransa ilə imzalanmış sazişə əsasən, Ankara türbəni suveren türk ərazisi sayır. Həmin vaxt Suriya Fransanın idarəçiliyində olub. 20-dən çox türk əsgəri türbəni daim qoruyur.

TÜRKİYƏYƏ AÇIQ MÜHARİBƏ

Davutoğlu deyib:

«Baş nazirimiz, nazirlərimiz və yüksək çinli məmurların səsini yazmaq Türkiyə dövləti və millətinə qarşı açıq-aşkar müharibə elan etməkdir».

Davutoğlu hücumu həyata keçirənlərin hədəfinin aydın olduğunu deyib:

«Hücumu həyata keçirənlər Türkiyəni zəif göstərmək istəyirlər. Onların niyyəti Süleyman Şah türbəsini qorumaq üçün atacağımız tədbirləri əngəlləməkdir. Onlar həmin ərazidəki əsgərlərimizin təhlükəsizliyinə ciddi hədə yaratmış oldular».

MƏHKƏMƏ 30 GÜN VAXT VERİB

Türkiyədə Youtube videopaylaşma saytına giriş bağlanıb. Rabitə Nazirliyi bu addımı Türkiyə Xarici İşlər Nazirliyində Suriya ilə bağlı keçirilmiş məxfi məsləhətləşmələrin audioyazısının Youtube-a qoyulmasından sonra atıb.

Bundan əvvəl Türkiyədə «Twitter» sosial şəbəkəsinə də giriş qapadılıb.

ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Türkiyə hökumətinin bu qərarını belə şərh edib:
««Twitter» barədə də dediyim kimi, söz və ifadə azadlığı hüququna qəsd edən hər hansı hərəkətə qarşıyıq. Türkiyə hökumətini vətəndaşlarının YouTube, eləcə də «Twitter»ə çıxışını açmağa çağırırıq. Dünən məhkəmə prosesi olub, qaydaya əməl etmək üçün onlara 30 gün verilib, ümid edirik əməl olunacaq».
XS
SM
MD
LG