Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:28

Həsən Hüseynli həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir [Video]


Gəncədə QHT rəhbəri saxlanıb
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Gəncədə QHT rəhbəri saxlanıb

-
«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini martın 31-də Gəncədə polis saxlayıb. DİN ictimai fəalın cinayət törətdiyini, həmyerlisini bıçaqladığını iddia edir. Özü və ailəsi isə həbsin fəaliyyəti ilə bağlı olduğunu deyirlər. «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzi gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir. Həsən Hüseynli deyir ki, ona qarşı təzyiqlər hər zaman olub. AzadlıqRadiosu hadisəni izləyir. Ən son xəbərlər mətnin yuxarı hissəsindədir.


01.04.14


VƏKİL: "HƏSƏN HÜSEYLİ ONA QARŞI İTTİHAMLARI YALANLAYIR"

Vəkil Əlayif Həsənov aprelin 1-də Kəpəz polisinin istintaq təcridxanasında saxlanılan QHT rəhbəri Həsən Hüseynli ilə görüşüb.

Vəkilin dediyinə görə, müdafiə etdiyi şəxs ittihamları qəbul etmir. Kiməsə qarşı zor işlətməsi, kimisə bıçaqlaması ilə bağlı ittihamların doğru olmadığını bildirir. Həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir. Görüşdə dedi ki, ona qarşı təzyiqlər həmişə olub, vergi yoxlamaları onun rəhbərlik etdiyi mərkəzdə hər hansı qanunsuzluq aşkar etməyəndən sonra təzyiqlər daha da güclənib. Dediyinə görə, icra başçısının keçirdiyi iclasların az qala hamısında onun fəaliyyətindən söz açılırmış. Deyilirmiş ki, o, gəncləri yoldan çıxarır, niyə bunun qarşısı alınmır və s.”.

Vəkilin sözlərinə görə, Həsən Hüseynli xuliqanlıqda ittiham olunsa da hələki onun həbsi ilə bağlı məhkəmə qərarı çıxarılmayıb.

DİN: "HƏSƏN HÜSEYNLİ HƏMYERLİSİNƏ BIÇAQLA XƏSARƏT YETİRİB"

Daxili işlər nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Həsən Hüseyinli öz həmyerlisi olan Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyi üçün saxlanılıb.

Məlumata görə, qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanov xəstəxanaya yerləşdirilib, Həsən Hüseynliyə Gəncə Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Nazirlik hesab edir ki, mətbuatda Həsən Hüseyinliyə qarşı təxribat törədilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir və Həsən Hüseyinli törətdiyi konkret cinayət əməlinə görə saxlanılıb.

HƏSƏN HÜSEYNLİ VƏKİLİ İLƏ GÖRÜŞÜR

Həsən Hüseynli hazırda Nizami rayon Polis şöbəsində saxlanılır.

Bu barədə məlumatı Həsən Hüseynlinin vəkili Əlayıf Həsənov verib. Bilidirib ki, Gəncə şəhər Polis şöbəsi ilə müvafiq danışıqlar aparılıb və Həsən Hüseyli ilə görüş alınıb.

Görüşdən sonra Həsən Hüseynlıinin nə üçün saxlanılması barədə məlumat veriləcək. Xəbərin davamını AzadlıqRadiosunda izlə.
31.03.14

HƏSƏN HÜSEYNLİ SAXLANIB

Martın 31-də Gəncədə «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynlini polis saxlayıb.

Bu barədə AzadlıqRadiosuna onun oğlu Azər Hüseynli məlumat verib:

«Mən hazırlıqdan çıxmışdım. Qohumlar mənə xəbər verdilər ki, atamı saxlayıblar. İndi bilmirik hansı polis idarəsinə aparılıb. Bizim bundan başqa məlumatımız yoxdur».

Həsən Hüseynlinin özü saxlanmazdan bir saat əvvəl AzadlıqRadiosuna ona qarşı təxribatlardan danışıb:

«Mərkəzi Poçta yaxınlaşanda, 35-40 yaşlarında paltoda, qalstukda bir adam mənə yaxınlaşdı ki, sən niyə mənim ayağımı tapdaladın? Ağır sözlər də dedi. Sinəmdən tutub aşağı çəkdi. Məəttəl qaldım. Onu ilk dəfə idi görürdüm, hələ deyir ki, məni niyə yıxırsan? Maşının o biri tərəfindən də bir qadın yaxınlaşdı ki, siz niyə onu dartırsınız? Hiss elədim ki, bu, mənə qarşı provokasiyadır. Durduğum yerdə kim yaxınlaşar ki?».

Gəncə polisi Həsən Hüseynli adlı şəxsin saxlanmasını təkzib edir.

«Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin missiyası Azərbaycanın Qərb regionunda açıq cəmiyyət ideyalarını yaymaq və vətəndaş cəmiyyəti quruculuğuna töhfə verməkdir.

Mərkəz gənclərin ictimai fəallığının, liderlik qabiliyyətinin yüksəldilməsi sahəsində layihələr həyata keçirir.
XS
SM
MD
LG