Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:25

Müstəntiqin dediklərini xəstəxana təsdiqləmir


Həsən Hüseynli
Həsən Hüseynli
-
Gəncə polisinin müstəntiqi Füzuli Şıxıyev QHT rəhbəri Həsən Hüseynlinin şəhər sakini Arzu Qəhrəmanovu bıçaqlamasının sübuta yetirildiyini deyir.

AzadlıqRadiosuna müsahibəsində müstəntiq deyib ki, Həsən Hüseynlinin məsələni təkzib etməsinə baxmayaraq, üzləşmə zamanı zərərçəkən şəxs onu tanıyıb və bıçaq xəsarətini də onun yetirdiyini deyib.

“Təqsirləndirlən şəxs təbii ki, nə istəsə deyə bilər, amma istintaq materialları ilə tam sübut olunub. Ekspertiza rəyi var, Arzu Qəhrəmanovun aldığı xəsarət yüngül dərəcəli bədən xəsarətidir”.

Zərərçəkənin kimliyi, harda işləməsi barədə suallara gəlincə, müstəntiq istintaq sirri olduğunu əsas gətirərək bu suallara cavab verə bilməyəcəyini deyib.

Müstəntiq bıçaqlandığını iddia edən Arzu Qəhrəmanovanın xəsarətlə bağlı xəstəxanaya müraciət etdiyini və orda ona tibbi yardım göstərildiyini bildirir. Aprelin 1-də Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda da qol nahiyəsindən yaralanan Arzu Qəhrəmanovun xəstəxanaya yerləşdirildiyini qeyd olunur. Amma Gəncə şəhər xəstəxanası deyilənləri təsdiqləmir.

“Gəncədə bıçaqlanma, bədbəxt hadisə, avtomobil qəzası və s. olanda hamısı bizə gətirilir. Martın 31-də bizə Arzu Qəhrəmanov adlı şəhər sakini gətirilməyib. Bizim qeydiyyat şöbəsində belə bir adam qeydiyyata düşməyib”.

Martın 31-dən iki gün polisdə saxlanılandan sonra polis nəzarətində olmaqla azadlığa buraxılan QHT rəhbəri Həsən Hüseynli Cinayət Məcəlləsinin “xuliqanlıq” maddəsi ilə itiham olunur.

Həsən Hüseynli heç kimi bıçaqlamadığını və ona qarşı qaldırılan iddianın böhtan olduğunu bildirir. Hesab edir ki, baş verənlər onun ictimai fəaliyyətinin qarşısının alınmasına yönəlib.
XS
SM
MD
LG