Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:39

İlk «elektron məhkəmə» Yasamalda olacaq [Video]


Tezliklə Yasamal məhkəməsində prosesi internetlə izləmək olacaq
Gözlə

No media source currently available

0:00 0:02:43 0:00

Tezliklə Yasamal məhkəməsində prosesi internetlə izləmək olacaq

-
«Azərbaycanda ilk «elektron məhkəmə» Yasamal rayon Məhkəməsində gerçəkləşəcək».

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, bu təcrübə qarşıdakı iki il ərzində ölkənin bütün iri şəhərlərində və yeni inşa olunan məhkəmə binalarında yayılacaq:
«Prezident İlham Əliyev Nazirlər Kabinetinə üç ay vaxt verib ki, təkliflər hazırlasın. Növbəti illərdən bir çox «elektron məhkəmə» fəaliyyətinin şahidi olacağıq. Yeni sistem bürokratik əngəllərin aradan qaldırılması, dəftərxana işlərinin elektron varianta keçirilməsi, insanların məhkəmələrə onlayn qatılması və izləməsi baxımından daha əlverişlidir».

«Elektron məhkəmə» informasiya sisteminin yaradılması ilə bağlı prezident İlham Əliyev bu il fevralın 13-də sərəncam verib.

YENİ ƏFV FƏRMANINDA NİDA-ÇILARIN DA ADI VAR?

Çingiz Qənizadə bildirib ki, hüquq-müdafiə təşkilatlarının monitorinq qrupu ictimai-siyasi proseslərdə həbs olunanlarla bağlı prezident İlham Əliyevə müraciət edib:

«Mart ayında əfv ərizəsi gözlənilirdi. Amma əfv fərmanı istənilən vaxt imzalana bilər. «NİDA» Hərəkatı üzvlərinin, eləcə də ictimai-siyasi proseslərdə hansısa qanun pozuntularına yol verən şəxslərin əfv olunması üçün prezidentə müraciət etmişik. Qarşıdakı bir neçə ayda yeni əfv fərmanı ola bilər».

«AYRILAN PULLARI TƏYİNATI ÜZRƏ XƏRCLƏMƏYƏN QHT-LƏR CİNAYƏT İŞLƏYİR»

Çingiz Qənizadə Azərbaycanda siyasi məhbus məsələsinə də toxunub. O, prezident İlham Əliyevin həmin məhbus statusuyla bağlı fikirlərini bölüşür:

«Avropa Şurası siyasi məhbus kriteriyalarını tam müəyyənləşdirməyib. Kimsə bir qəzet, ya da internet portalı yaradıb kimisə şantaj edib, hədə-qorxu gəlirsə və ya insanların hüquqlarını pozursa, bu, cinayətdir. Kimsə QHT yaradıb, ayrılan pulları təyinatı üzrə xərcləmirsə, bu da cinayətdir. Maliyyə pozuntuları varsa, bu da məhkəmədə araşdırılmalıdır».

Prezident İlham Əliyev bu ilin yanvarında Brüsseldə səfəri zamanı bildirib ki, siyasi məhbus termininin müəyyənləşdirilmiş mənası yoxdur.
XS
SM
MD
LG