Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:36

NİDA-çı gəncə 5 il həbs cəzası verildi


-
NİDA Vətəndaş Hərəkatının üzvü Elsevər Mürsəlli 5 il müddətinə azadlıqdan məhrum edilib. Bu haqda AzadlıqRadiosuna hərəkatın idarə heyətinin üzvi Ülvi Həsənli məlumat verib.

Onun sözlərinə görə, hökm aprelin 3-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılıb.
Ülvi Həsənli çıxarılan hökmü siyasi sifariş sayır:

“Prokuror 8 il istəmişdi, hakim 5 il verib. Əvvəlki məhkəmə proseslərində iştirak edə bilməmişdik. Çünki ailəsi tərəddüd edirdi. Onlara söz vermişdilər ki, məsələni ictimailəşdirməsələr Elsevəri buraxacaqlar. Biz onunla bağlı məlumatları bir həftə öncə ala bilmişik. Bu siyasi bir məsələdir. O, facebook sosial şəbəkəsində hakimiyyətin əleyhinə fikirlər səsləndirirdi. Seçki ərəfəsində prezidentliyə namizəd Cəmil Həsənlinin seçki kampaniyasında iştirak edib. Elsevər Mürsəlli bir həftə öncə bizə üzv olmaqla bağlı müraciət göndərmişdi. Bundan sonra bir NİDA-çı kimi onun hüquqlarının müdafiəsinə qoşulmuşuq”.

Elsevər Mürsəlli 2013-cü il oktyabrın 3-də Xaçmazda həbs olunaraq Bakıya, DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (iri məbləğdə qanunsuz narkorik maddə alveri) ilə təqsirli bilinir.
XS
SM
MD
LG