Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 18:28

«Ya Sevda, ya heç kim!» (Dinlə)


Lütfəli Abdullayev
Lütfəli Abdullayev
-
O, 1914-cü ilin martında dağlara sığınan Şəkidə xalça tacirinin ailəsində doğuldu.

Sovetlərin gəlişi bu ailənin də aşına su qatdı.

Hər şeylərini əllərindən aldılar.

Atası depressiyaya düşdü...

Ailəni anası saxlamalı oldu. Bir az böyüyəndən sonra verilişimizin qəhrəmanı da anasına kömək etməyə başladı.

Bir təsadüf onu Bakıya gətirib çıxardı.

Sonrakı taleyi bu şəhərlə bağlandı.

25 yaşında səhnəyə gəldi, 34 il bənzərsiz obrazlar yaratdı.

59 yaşında Bakıda «gülüş kralı» kimi dünyasını dəyişdi.

Hamını güldürən nəhəng sənətçi 60 yaşını haqlaya bilmədi...

59 illik həyat tarixçəsində yalnız dastan qəhrəmanlarının gerçəkləşdirə bildiyi bir işin öhdəsindən gəldi - 15 illik üzüntü və çırpıntılardan sonra sevdiyi qıza qovuşdu.

44 yaşında qovuşduğu sevdiyi də kim ola - kim ola? - Cümhuriyyət qurucularından Həsən bəy Ağayevin nəvəsi və bu hökumətin əmək naziri olmuş Əhməd bəy Pepinovun qızı Sevda xanım Pepinova.

Qəhrəmanımız ona müharibənin qızğın çağında—1943-cü ildə kim olduğunu bilmədən—bir baxışla vurulmuşdu.

Sovetlər dönəmində «Xalq düşməni» damğası basılmış adamlarla adi ünsiyyət belə yasaqlandığı halda, qəhrəmanımız «Ya Sevda, ya heç kim» dedi.

15 il onun qapısına elçi göndərdi.

Hər dəfə «yox» kəlməsiylə qayıdan elçiləri hövsələylə qarşıladı.

Həsən bəy Ağayevin ömür yoldaşı, Sevdanın nənəsi Xədicə xanım daş atıb başını tutdu. «Bizə yaraşmır. Heç olmasa, dram aktyoru olaydı» dedi...

Sevdaya olan istək azalmadı ki, azalmadı...

Onu dəfələrlə təhlükəsizlik orqanlarına çağırdılar. «Bu sevdadan əl çək» dedilər.

Əl çəkmədi.

Nəhayət, 15 ildən sonra istəyinə çatdı. Gələn elçilərə «hə» dedilər...

AzadlıqRadiosunun «İz» proqramında Gülüş ustası Lütfəli Abdullayevin 100 illiyi şərəfinə hazırladığımız ««Yaxşı adam» və ya «Lütfəli bəy və Sevda xanım» dastanı səslənir.
İz - «Ya Sevda, ya heç kim!»
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG