Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 10:39

Oda teatrı Azersu-nun "su hücumlarından" məhkəmə ilə qorunmaq istəyir


Azerbaijan -- "Oda" theatre in Baku - 2013
Azerbaijan -- "Oda" theatre in Baku - 2013
Oda Teatrı “Azərsu” ASC-ni məhkəməyə verməyə hazırlaşır. Bunu AzadlıqRadiosuna teatrın rəhbəri Elmin Bədəlov deyib. Səbəb aprelin 5-də tamaşasının başlamasına az qalmış teatrın suyunun kəsilməsidir. Elmin Bədəlovun dediyinə görə, Cəmiyyət əməkdaşları təkcə suyu kəsməyiblər həm də aktyorlarla köbud davranıblar.

“Onların bizimlə təhqiramiz formada danışmaları ilə bağlı lent yazılarımız da var. Biz onları məhkəməyə təqdim edəcəyik. Eyni zamanda suyu kəsərkən teatrın məkanına ziyan vurdular, hər tərəfi su basdı. Teatra dəyən ziyanı biz öz hesabımıza düzəltdik. Qaynar xəttə dəfələrlə məlumat verməyimizə baxmayaraq heç bir tədbir görülmədi.. Hətta mən “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya zəng etdim. Onlar bunun qarşısının alınacağını dedilər və göstəriş verdilər.

Buna baxmayaraq “Azərsu” ASC-nin qəza xidmətlərinin əməkdaşları əraziyə gəldilər və dedilər ki, əgər “bunu nəzarətçilər edibsə bizim düzəltməyə ixtiyarımız yoxdur”

Biz tamaşa gedə-gedə suyun altına verdə qoymuşuq, dolduqca aktyorlar götürüb boşaldırlar. Bu gecə də teatrda yatıb qalmışıq ki, teatrı su basmasın”.

Elvin Bədəlov deyir ki, problemin aradan qaldırlması üçün təkrar şirkətin Nəsimi şöbəsinə müraciət edəndə bildirblər ki, onların əməkdaşları teatrın yerləşdiyi ünvanda olmayıblar.

“Bu necə ola bilər ki, onların vəsiqələrinə baxmışıq, bundan başqa mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllıya zəng edib telefonun həmin nəzarətçilərə vermişik, Anar müəllim onlarla danışıb. İndi inkar edirlər. Bizdə lent yazıları var. Hamısını təqdim edəcəyik Nəsimi məhkəməsinə”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AzadlıqRadiosuna sözügedən ünvanda suyun kəsilməsini təsdiqləyib. O bunun uzun müddətdən bəri istifadə olunan suya görə ödənişin olmaması ilə izah edib.

“Mən suyu kəsən işçilərimizə dedim onlara bir həftə möhlət versinlər. Amma sonradan bizim əməkdaşlara qarşı onlar hörmətsizlik ediblər. Məhkəmə müraciət etmək onların hüququdur. Amma məhkəməyə müraciət edincə, pulu ödəsinlər bu dəqiqə su verək, heç bir problem yoxdur”.

Elmin Bədəlov isə deyir ki, Topçubaşov -38 ünvanda 4 aya yaxındır fəaliyyət göstərilər və hər ay da su pulu ödəyirlər.

“Bizə nəzarətçilər dedilər ki, indiki sayğaq köhnədir və smart kart sayğacı ilə əvəzlənməlidir və buna görə 300 manata qədər pul ödəməliyik. Biz 3 ay ərzində su pulu ödəmişik, indi bilmirk ki, bu borc bizimlə bağlıdır, yoxsa bizdən əvvəlki borcdur”.
XS
SM
MD
LG