Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:53

Müsavat Partiyası Avropa Olimpiya Oyunlarını boykot edəcək, əgər...


-
Müsavat Partiyası Məclisi siyasi məhbusların azad olunmasını tələb edib. Əks halda partiya 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunlarını boykot etməyə çağıracaq.

Bəyanat müəllifləri qeyd edirlər ki, ölkədə siyasi məhbusların sayı artır. Son vaxtlar Müsavat fəalları Yadigar Sadıqov, partiya sədrinin müavini Tofiq Yaqublu, REAL hərəkatının lideri İlqar Məmmədov həbs olunublar.

NİDA hərəkatının üzvləri, jurnalist Pərviz Həşimli, vətəndaş fəalları Anar Məmmədli, Həsən Hüseynli istintaq altındadır.

Facebook sosial şəbəkəsində hakimiyyəti tənqid etdiyinə görə Elsevər Mürsəlli və Əbdül Əbilov uydurma ittihamla həbs olunublar.

Partiyanın bəyanatında bildirilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusların azad edilməsi ilə bağlı beynəlxalq və yerli ictimaiyyətin çağırışlarına məhəl qoymur.
XS
SM
MD
LG