Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:37

ABŞ kəşfiyyatı deyir ki, Rusiya ordusu Ukraynaya bir neçə həftə əvvəl girəcəkdi


Slavyansk, 16 aprel
Slavyansk, 16 aprel
-
Rusiya ordusunun Ukraynaya girməsinin qabağını nə saxladı? İranda isə ailə planlaşdırmasından imtina edirlər. Khamenei deyir ki, İrana 150 milyon əhali lazımdır.

***

New York Times
yazır ki, Putin Ukraynadan danışanda elə bil güzgüyə baxır. Putin deyir ki, Kiyevdə faşistlər və millətçilər ağalıq edir, özü isə Böyük Rusiya naminə Krımı anneksiya edir. Putin deyir ki, Ukraynanın şərqində rusları incidirlər, elə bu vaxt Rusiya həmin ərazidə inzibati binaların və silahın ələ keçirilməsinə kömək edir. Putin Obamaya deyir ki, ABŞ prezidenti öz nüfuzunu işə salıb Ukraynada gücdən istifadəyə imkan verməsin, özü isə Ukrayna sərhəddinə ordu yığır.

Qəzet yazır ki, sovetsayağı belə təbliğat Rusiyanın daxilində, əks informasiya mənbələri olmayan yerdə işləyə bilər. Ancaq Rusiyadan qıraqda bunu alan yoxdur.
***
Washington Post Putinin Ukraynada etdiklərini “macəraçılıq” adlandırır və soruşur ki, Putinin macərası neçəyə başa gələcək?

Qəzet hesab edir ki, indiki vəziyyətdə Putinə risklər var. Putin vəziyyəti qızışdırmaqda davam edəcək. Əks halda, uzun müddəti götürəndə, Putinin əhəmiyyətli itkiləri olacaq.
Donetsk regionunda separatçıların əlində olan yaşayış məntəqələri
Donetsk regionunda separatçıların əlində olan yaşayış məntəqələri

Qəzet daha sonra yazır ki, Ağ Ev Ukraynada vəziyyətin inkişafının 3 variantını görür, bunların 3-ü də Qərb üçün pisdir:

1. Federal Ukrayna. Kiyev hökuməti buna razı ola biləcvəyinə işarə edir. Putin mərkəzsizləşdirməyə tərəfdardır.Şərq regionuna daha çox hakimiyyət verilməsi sonralar Rusiyaya Ukrayna siyasətinə fəal müdaxiləyə imkan verəcək.

2.Şərqi Ukraynanın Krım kimi anneksiyası.

3. Rusiya ordusunun Ukraynaya daxil olması. Qəzet yazır ki, Kramatorskda hava limanının tutulması kimi hadisə Rusiya ordusunun müdaxiləsinə bəsdir. Washington Post yazır ki, ABŞ-ın kəşfiyyat rəsmilərinin dediyinə görə, Rusiya Ordusu Ukraynaya bir neçə həftə əvvəl girəcəkdi, onu ABŞ-ın ciddi sanskiaylar hədəsi saxladı.

***

Financial Times yazır ki, Ukrayna dünya üçün sınaqdır. Əgər Ukrayna parçalansa, Qərblə Rusiya qarşıdurmaya gedəcək. Bu mübarizədə hər ikisi itirəcək. Ona görə hər iki tərəf Ukraynanı bütöv saxlamalıdır. Qəzet hesab edir ki, sivilizasiyalar müharibəsi heç də fantastika deyil.

***

World Politics Review yazır ki, 2008-ci ildəki Gürcüstan müharibəsi, ondan əvvəlki Çeçenistan və Əfqanıstan müharibələri ilə müqayisədə Rusiyanın silahlı qüvvələri xeyli qabağa gedib. Onlar daha çevik, qəti hərəkət etmək imkanlarını nümayiş etdirdilər. Krım əməliyyatına cəmi 10 min xüsusi təyinatlı qüvvə cəlb olunmuşdu. Onların davranışı, sürəti əvvəlki əməliyyatlardan çox fərqli idi.

Bununlıa belə, World Politics Review hesab edir ki, Rusiya ordusu təkmilləşsə də bu ordunun imkanları məhdud olaraq qalır. Rusiya yalnız regional qüvvədir, O, qonşularını “buynuzlaya” bilər. Ancaq dünya miqyasında yeni Soyuq Müharibəyə başlamaq iqtidarında deyil.

***

İran parlamenti vazektomiyanı, yəni, insanın nəsil verməsinin qarşısını alan xüsusi cərrahiyyə əməliyyatını qadağan etmək istəyir ( bunu Qərbdə adətən bir neçə uşağı olan və daha uşaq istəməyən kişilər edir. Məsələn, braziliyalı futbol ulduzu Ronaldo vazektomiya edib – Azadlıq radiosu) İran parlamenti həmçinin abort qaydalarını da sərtləşdirmək istəyir.
Khamenei
Khamenei

Guardian yazır ki, İran 20 il ailə planlaşdırması proqramından sonra yolunu tamam dəyilşmək istəyir. Ailə planlaşdırması proqramı çərçivəsində İranda kişilərin sterilizasiyası əməliyyatına dövlət pul verirdi, prezervativ pulsuz paylanırdı və s.
İndi isə İranın Ali Lideri Khamenei deyir ki, ailə planlaşdırması Qərb həyat tərzinin təqlididir.

İran yolundan niyə dönür?
İran hakimiyyətini narahat edən əhalinin nisbi qocalmasıdır. Hərçənd Harvard Universitetinin məzunu, İranda AİDS-lə mübarizəni başladığına görə həbsə atılmış Kamiar Alaei bununla razı deyil. O deyir ki, İran əhalisinin 70 faizi 35 yaşdan az olanlardır.

İran hakimiyyətinin ailə planlaşdırmasından imtina etməsində məqsədi isə əhalinin sayını artırmaqdır. Khamenei deyir ki, “Biz ən azı 150 milyon olmalıyıq”. Hazırda İranın 75 milyon əhalisi var.

İran bundan əvvəl də çoxuşaqlı ailələri həvəsləndirməyə cəhdlər edib. Vaxtilə Ahmadinejad dövründə hətta hökumət çox uşağı olanlara qızıl pullar verəcəyini vəd etmişdi.

Alaei isə hesab edir ki, problem ailə planlşadırlmasında deyil. İranda əhalinin artımının ona görə zəifləyir ki, iqtisadi, sosial səbəblərdən gənclər evlənə bilmirlər və ya çox uşaq istəmirlər.
XS
SM
MD
LG