Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:52

«Gülər Əhmədovaya 3, gənclərə 8 il iş nə qədər ədalətlidir?» [Video]


-
Hüquqşünas Aslan İsmayılov məhkəmə-hüquq sistemindən, siyasi məhkəmə proseslərindən və NİDA-çıların məhkəməsindən söz açıb.

Mövzu ilə əlaqədar oxu: Prokuror NİDA-çılara cəza tələb etdi


«HAKİMLƏR QƏRƏZLİ, ƏDALƏTSİZDİRLƏR»
«NİDA-çılardan Zaur Qurbanlını vəkillikdən uzaqlaşdırılana qədər müdafiə etmişəm. Zaur Qurbanlının hər hansı cinayətindən söhbət gedə bilməz. Üç-dörd gənc olub ki, sosial şəbəkələrdə müxtəlif səhifələrdə prezidentin ailə üzvlərinə təhqirlər yazıblar. Həbsin səbəbi bu təhqirlərdir. «Molotov kokteyli» məsələsi qondarmadır. Zaur Qurbanlı özü də bu gənclərə irad tutub və sivil mübarizə aparmağın əsas olduğunu deyib. Ola bilsin ki, xarici təşkilatların təzyiqi ilə hakimiyyət nümayəndələri bu gənclərin cəzalarını yumşalda bilərlər. Ancaq Gülər Əhmədovaya 3 il, bu gənclərə 8 il həbs cəzası vermək nə dərəcədə ədalətlidir? Nə qədər qərəzli, ədalətsizlik hakimlər var ki, həm də rüşvətxordurlar. Onlar vicdansızcasına deyirlər ki, bizlik bir şey yoxdur, sifariş yuxarıdandır. Problemin kökü isə sistemdədir. Ən dahi insan belə qanuna, nizam-intizama əməl edə bilmir...».
«CƏMİYYƏTDƏ TƏPKİ YOXDUR»
«NİDA-çılar rüşvətsiz cəmiyyətdə, ədalətli cəmiyyətdə yaşamaq üçün həbs olundular. Məhkəmə zalında 30-40 nəfər vardı. Ancaq məhkəmənin ətrafına toplaşan, onları müdafiə edən insanlar yox dərəcəsində idi. Cəmiyyətdə təpki yoxdur. Bu təpkinin olmaması hüquq-mühafizə orqanlarının azğınlığını artırır...».

Aprelin 17-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı NİDA Vətəndaş Hərəkatı üzvlərinin 6 il yarımdan 8 il yarıma qədər azadlıqdan məhrum edilməsini istəyib.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.

«Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir, həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG