Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:31

NİDA-çıların məhkəməsinə gedənlərdən saxlananlar var [Fotolar]


Məhkəmə binasının yaxınlığı
Məhkəmə binasının yaxınlığı
-
12:08 - NİDA-ÇILARIN MƏHKƏMƏSİNDƏ HƏBSLƏR

NİDA-çı gənclərin məhkəməsinə gedən ictimai fəal Bəxtiyar Hacıyev saxlanıb. O, bu barədə öz Facebook səhifəsində yazıb: “Polis gəlib mənə deyirdi ki, gəncləri sakitləşdir. Dedim ki, mənə niyə deyirsiniz, onların rəhbəri deyiləm ki? Biri dedi, o qızı tutun aparın, mən də dedim qarşıdurma lazım deyil. Sonra biri kobud danışdı məimlə, dedi bəs sən kimsən? Dedim mən vətəndaşam. O deqiqe de polislər tutub apardılar. Vetendaş olmağın qadağan olduğunu bilmirdim...”.

Facebook sosial şəbəkəsində AXCP-çi Təzəxan Mirələmlinin də polis tərəfindən saxlandığı bildirilir.

Məlumatlar dəqiqləşdirilir. Hadisə ilə bağlı son məlumatları AzadlıqRadiosunda izlə.

10:46 - NİDA-ÇILARIN MƏHKƏMƏSİ GÜCLÜ POLİS MÜHAFİZƏSİNDƏ

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA-çı gənclərin məhkəməsi başlayıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, məhkəmənin qarşısına polis dolu avtobuslar gətirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı hərəkat üzvlərinə 6 il yarımdan 8 il yarıma qədər cəza istəyib.

Gənc fəallar etiraz olaraq aprelin 17-dən aclıq aksiyasına başlayıb. Həm gənclərin, həm də valideynlərinin tələbi NİDA-çıların dərhal azadlığa buraxılmasıdır.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar.

Daha sonra həbs olunan «Azad Gənclik» Təşkilatının üzvü (həbsindən sonra NİDA-ya üzv yazılıb) İlkin Rüstəmzadəyə də eyni ittihamlar irəli sürülüb. Əvvəl xuliqanlıqda ittiham olunan fəala qarşı sonradan kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.


XS
SM
MD
LG