Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:27

Rauf Mirqədirovun vəkili Fuad Ağayev hədələndiyini deyir

Türkiyədən deportasiya olunan jurnalist Rauf Mirqədirov həbs edilib.

Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə iş başlanıb. Jurnalist hazırda şübhəli şəxs kimi Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.

Jurnalistin həbsi ilə bağlı xəbərlər daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir.

19:59 24.4.2014
Rauf Mirqədirov ifadə verməkdən imtina edir

Jurnalist Rauf Mirqədirov yenə də istintaqa ifadə verməkdən imtina edib.

Bunu AzadlıqRadiosuna aprelin 24-də Milli Təhlükəsizlik Nazirliyində saxlanılan jurnalistlə görüşən vəkil Fuad Ağayev deyib:

«O hesab edir ki, qanunsuz saxlanır, irəli sürülən ittihamlar əsassızdır və bu baxımdan da onun ifadə verməmək hüququ var. Amma bu o demək deyil ki, Rauf Mirqədirov ifadə verməyəcək. Özü və biz lazım bildiyimiz vaxt lazım olan məsələlərlə bağlı ifadə verəcək, amma hələ yox».
16:12 25.4.2014
Apellyasiya məhkəməsi Rauf Mirqədirovla bağlı həbs qətimkan tədbirini dəyişmədi. Bunu AzadlıqRadiosuna jurnalistin vəkili Elmar Süleymanov deyib:

«Çox biabırçı bir proses oldu, bu məhkəmə də əsassız qərarı qüvvədə saxladı».

Davamı

XS
SM
MD
LG