Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:47

Məhkəmədə Gülər Əhmədovanın halı pisləşib


Gülər Əhmədova
Gülər Əhmədova
-
Həbsdə olan keçmiş deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə aprelin 25-də davam etdirilib.

Vəkil Əfsər Talıbov cinayət işinə xitam verilməsi barədə vəsatət verib, amma məsələyə baxılması açıq saxlanıb.

Bunu AzadlıqRadiosuna Gülər Əhmədovanın vəkili Fazil Nemətov deyib.

Onun dediyinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı keçmiş deputatın halı pisləşib:

«Həkim olmadığı üçün o, müayinə oluna bilmədi. Qan təzyiqi ya düşmüşdü, ya da qalxmışdı. Dərman atdı, bununla da məsələ bitdi».

Məhkəmə aprelin 28-dək təxirə salınıb.

Ötən il dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsi Gülər Əhmədovanı 3 il müddətinə azadlıqdan məhrum edib. 2013-cü ilin fevralında tutulan Gülər Əhmədova külli miqdarda ziyan vurmaqla dələduzluqda və ağır cinayəti gizlətmədə təqsirli bilinib.

Hökmə görə, Gülər Əhmədova 2005-ci ildə tanışı Sevinc Babayeva ilə əlbir olub Azərbaycan Beynəlxalq Universitetinin rektoru vəzifəsində işləmiş Elşad Abdullayevə deputat seçilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, 1 milyon ABŞ dollarını ələ keçirib, 2012-ci ildə isə Sevinc Babayevanı istintaqdan yayındıraraq onun Türkiyədə gizlənməsinə şərait yaradıb.

Apellyasiya şikayətində Gülər Əhmədovaya bəraət verilməsi xahiş olunur.
XS
SM
MD
LG