-
Yazıçı Zümrüd Yağmur öz yeni romanını təqdim etdi.
Qarabağ savaşından bəhs edən roman “Yağış qadın” adlanır.
"Azadlıq" qəzeti xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında baş tutan təqdimata siyasətçilər də qatılıb.
Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli əsər haqqında çox yüksək fikirdə olduğunu deyib:
"Doğurdan da bu, Qarabağ teması Azərbaycan xalqı üçün çox nəhəng mövzudur. Bizim son 20 illik tariximiz ədəbiyyat üçün, sənətin başqa sahələri üçün çox mövzu verib.
Mən həmişə narahat olurdum ki, bizim yaradıcı insanlarımız müharibə mövzusuna çox diqqət ayırmırlar. Zümrüd xanım bizim hisslərimizi yenilədi, cilaladı.
O hissləri qismən yenidən yaşamağımıza şərait yaratdı.
Son vaxtlar Qarabağ mövzusundan həddindən artıq manipulyasiyalar var.
Bu manipulyasiya o qədər çoxdur ki, gerçəkdən problemlərimiz ola-ola insanlar sanki manipulyatorlara etiraz edərək, bu mövzunu həyatlarından da, düşüncələrindən də, analizlərindən də arxa plana atırlar.
Mən bundan çox narahat oluram. Çox adamlar romanın ümidsiz bitməyindən danışırlar.
Mənə elə gəlir ki, süni şəkildə ümid vermək lazım deyil. Ümidin yaranması üçün aşağı ölü nöqtəyə düşmək lazımdır.
Düşdüyümüz ağır vəziyyəti çılpaqlığı ilə görmək lazımdır. Hiddətlənmək, acıqlanmaq, qəzəblənmək lazımdır.
Bu əsərin nəticəsində hiddət, qəzəb yaranırsa, deməli sonunda ümid də olacaq”.
Şair Sabir Rüstəmxanlı, akademik Rafiq Əliyev də kitab haqda fikirlərini bölüşüblər.