Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:41

Leyla Yunus: «Butulka sözünü işlətdilər» - [Video]

Hüquq müdafiəçisi prokurorluq əməkdaşları tərəfindən təhdid olunduğunu deyir

Sülh və Demokratiya İnstitunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Onlar bir neçə Qərb ölkəsinin Bakıdakı diplomatı ilə birlikdə beynəlxalq tədbirdə iştirak etmək üçün Brüsselə gedərkən saxlanıb, üstlərində, ofislərində və evlərində axtarış aparılıb.

Onların saxlanması ilə bağlı ilk xəbərləri burdan izlə


AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir.
Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
14:01 29.4.2014
LEYLA YUNUSUN SAXLANMASINA FACEBOOK-DA REAKSİYALAR
14:13 29.4.2014
"Məni neçə ildir ki, tutmaq istəyirdilər. 2009-cu ildə Ramil Usubov məni məhkəməyə vermişdi, daha sonra evimi dağıtdılar. İndi də elə vəziyyət yaranıb ki, kimi istəyirlər tuta bilirlər. Məni narkotiklə tutmaq bir az gülünc görünərdi. Vətənə xəyanət maddəsində istintaq və məhkəmə qapalı keçirilir. İstintaq istədiyini yazacaq və çıxıb televiziyada deyəcəklər ki, guya biz 30 ildir ermənilərə işləyirik" - Bunu hadisədən bir neçə gün əvvəl Leyla Yunus AzadliqRadiosuna müsahibəsində demişdi
15:00 29.4.2014
-
Ötən gecə ölkədən çıxmasına icazə verilməyən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus aprelin 29-u səhər tezdən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilir.

İdarənin qarşısında olan jurnalist Şahvələd Çobanoğlu AzadlıqRadiosuna deyib ki, Leyla Yunus içəri vəkil Xalid Bağırov və yaxın qohumu ilə birgə daxil olub.

İdarənin qarşısında jurnalistlər, ictimai fəallar və hüquq müdafiəçiləri var.

Leyla Yunusu idarəyə səhər saat 7 radələrində gətiriblər, indiyə kimi dindirmə davam edir.

Davamı

XS
SM
MD
LG