Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:10

Arif Yunus xəstəxananın kardiologiya şöbəsinə köçürülüb


-
Aprelin 28-də axşam 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən politoloq Arif Yunus xəstəxananın kardiologiya şöbəsinə köçürülüb.

Bu haqda AzadlıqRadiosuna Arif Yunusun reanimasiya şöbəsində müalicə həkimi olmuş Südabə Həsənova məlumat verib.

Həkimin sözlərinə görə, onun vəziyyəti stabil olduğu üçün konsiliumun nəticəsinə əsasən kardiologiya şöbəsinə köçürülüb. “Palatadadır, artıq reanimasiyaya ehtiyacı yoxdur, müalicəsini kardiologiya şöbəsində davam etdirir”.

Hüquq müdafiəçisi,”Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunus aprelin 28-də gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi.
XS
SM
MD
LG