Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Rauf Mirqədirov Rusiya xəfiyyəsindən şübhələnir


-
“Jurnalist Rauf Mirqədirov hesab edir ki, onun həbsi Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsidir”.

Bunu AzadlıqRadiosuna Rauf Mirqədirovun vəkili Fuad Ağayev deyib.

“Bu gün onunla bir də görüşdüm. Həbsinin niyə Rusiya xüsusi xidmət orqanlarının fəaliyyəti hesab etdiyi barədə bir iki kəlmə danışdı, amma mən onun dediklərini mətbuata şərh etmək istəmirəm”.

Fuad Ağayevin sözlərinə görə, jurnalistin səhhəti normaldır, amma o, indiyə qədər yaxınları ilə telefon əlaqəsi yaradılmaması və görüş verilməmsindən narazıdır. İndiyə qədər 3 dəfə dindirmə olsa da, o, ifadə verməkdən imtina edib.

“Biz belə bir imkan yaradılması üçün məsələ qaldırmışıq, indi gözləyirik”.

2010-cu ildən Türkiyədə yaşayan “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və Bakıda həbs edilib. O, “dövlətə xənayət”də ittiham olunur. Jurnalist bütün ittihamları rədd edir.
XS
SM
MD
LG