Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:34

Human Rights Watch Leyla Yunusa təzyiqlərlə bağlı bəyanat yayıb


 Human Rights Watch
Human Rights Watch
-
“Azərbaycan hakimiyyəti qəddar taktikadan yararlanmaqla tanınmış insan haqları müdafiəçisini təhdid edir”. Bunu Human Rights Watch hüquq-müdafiə təşkilatı hüquq müdafiəçisi Leyla Yunusa təzyiqlərlə bağlı mayın 2-də yaydığı bəyanatda bildirir. Qurum Azərbaycan hökumətini Leyla Yunus və həyat yoldaşı Arif Yunusa qarşı təzyiqləri dayandırmağa çağırır.

“Azərbaycanın beynəlxalq tərəfdaşları, özəlliklə Avropa Şurasının üzvləri aydın şəkildə bildirməlidir ki, insan haqları müdafiəçiləri, xüsusilə də Yunuslara davamlı təzyiqlər Azərbaycan hökuməti ilə münasibətlərə təsir göstərəcək”.

MÜNASİB OLMAYANLAR

“Azərbaycan hakimiyyəti Leyla və Arif Yunusları ona “əngəl törədən” şəxslərdən sayır,” bunu Human Rights Watch-un Avropa və Orta Asiya üzrə direktor müavini Rachel Denber deyib. “Beynəlxalq nüfuzunu yaxşılaşdırmağa çalışan heç bir hökumətə insan haqları müdafiəçilərini hədəfə almağa icazə verilməməlidir”.
Aprelin 28-də Leyla Yunus həyat yoldaşı ilə birlikdə Bakı aeroportunda saxlanıb, pasportları alınıb. Arif Yunus xəstəxanaya yerləşdirilib. Onlar jurnalist Rauf Mirqədirovun işində şahid kimi dindirilib.

Bəyanatda bildirilir ki, Fransa prezidenti Francois Hollande mayın 11-12-də Bakıya səfər edəcək və onun Leyla Yunusla görüşü planlaşdırılır.

CAYNAQ ƏMƏLİYYATI

“Hollande Bakıda olarkən Yunuslarla görüşü təkidlə istəməlidir və aydın şəkildə bildirməlidir ki, onların və Mirqədirovun azadlığı o və Fransa-Azərbaycan münasibətləri üçün çox vacibdir”.

“Mayın 15-də Azərbaycanın Avropa Şurasında sədrliyi başlayır. Qurumun baş katibi Thorbjorn Jagland Yunuslara təzyiqlər və Mirqədirov, eləcə də son bir ildə təzyiqlərə məruz qalan mülki fəallar və jurnalistlərlə bağlı dərhal narahatlığını bildirməlidir”.

“Hakimiyyətin Yunuslara göstərdiyi təpki çoxdan hədəfə aldığı bu iki şəxsi caynağına keçirməyə hazırlaşmasının əlamətidir. Hökumət geri çəkilməlidir, həm Prezident Hollande, həm də Avropa Şurası bunu açıq ifadə etməlidir,” Denber belə deyir.
XS
SM
MD
LG