Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:24

«Azadlıq» qəzetinin kollektivi aksiya keçirib


-

Mayın 5-də «Azadlıq» qəzetinin əməkdaşları «Qasid» mətbuatyayımı firmasının qarşısında növbəti dəfə aksiya keçiriblər. Jurnalistlər qəzetə olan borcun qaytarılmasını tələb ediblər.

Qəzet əməkdaşı Seymur Həzinin AzadlıqRadiosuna dediyinə görə, ötən ilin oktyabrında firma «Azadlıq»a 50 min 600 manat borcunun olduğunu təsdiqləyən məktub təqdim edib:

«İndi «Qasid»in bizə 68 min manatdan çox borcu var. Bu, həm çoxdan yığılıb qalan və gündəlik satışdan yığılıb qalan borclardır. Firma bu borcu az-az verir. Amma gündəlik satışdan olan pulları tam verə bilmir. Biz bir daha firmadan tələb etdik ki, əvvəlki borclarla birgə hər ay 2 min manat vəsait ödəsin ki, qəzetin gündəlik çapı ilə bağlı problem yaranmasın».

Aksiyaçılarla görüşən «Qasid» mətbuatyayımı firmasının sədri, deputat Mirkazım Kazımov bir daha vəsaiti hiss-hissə ödəyəcəklərinə söz verib.
XS
SM
MD
LG