Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

Anar Məmmədlinin məhkəməsində prokurorun təzyiqi qalxıb


Anar Məmmədli
Anar Məmmədli
-
Mayın 16-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror ittiham aktını oxuyarkən hakim 5 dəqiqəlik fasilə elan edib.

Daha sonra məhkəmə davam edib. Bu dəfə isə prokuror özünü pis hiss etdiyini, təzyiqinin qalxdığını bildirib və növbəti dəfə 5 dəqiqəlik fasilə istəyib.

Fasilədən sonra hakim prosesin mayın 21-ə təxirə salındığını bildirib.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir. Anar Məmmədli ilə yanaşı iş üzrə qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədov da təqsirləndirilir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG