Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:24

Uğursuz adamların bel bağladığı yeni il kimisən...


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə
-

“Ədəbi Azadlıq-2014” Milli Müsabiqəsinin 10-luğuna keçmiş Rüfət Əhmədzadədən şeirlər.

Qısa siyahıya keçən bütün yazarların əsərləri bundan sonra “Seçmə şeirlər” rubrikası üçün saxlanmadan, yəni “Oxu zalı”na göndərilən kimi çap ediləcək.



Rüfət Əhmədzadə


Müasir ayrılıq şeiri

Uğursuz adamların bel bağladığı yeni il kimisən.
Sən gələndə hər şey dəyişəcəkdi…
Amma yenə eyni zibildir hər şey.
Heç olmasa,
yeni il 1 saniyə hiss etdirir özünü…
Sən şimal ayısının pinqvin dostu kimisən.
Uzaqdan-uzağa xəbər tuturam,
Bizi tutub bir qoruğa salan yox…
Bu siqaret közlərinə tellərindən birisin calayan yox…
Zəhərdən-zəhərə bəhər tuturam.
Uğurlu insanların
məğlubiyyət duyğusu kimisən sən.
Hər an gələ bilərsən…
Amma təbiətimə yad adamsan.
Nə mən səninlə xoşbəxt olacağam….
Nə sən mənə qayıtmağa
Cəsarət tapacaqsan.
Sən lidersiz gənclərin
Bol-bol danışdığı ictimai sektor kimisən…
Gözəlsən, şıltaqsan, bir yerdə dayanmırsan…
Qışqıra-qışqıra qalmısan, amma…
Özün də oyanmırsan.



Qaçmaq lazımdır

Həyat bir məktəbdirsə,
bu ölkədəki həyat
çox mənasız bir rüşvət ocağıdır.
Çıxasan bu ölkədən,
Uşaqlar məktəbdən əkilən kimi…
“Tualetə getmək” bəhanəsiylə,
qaçasan bu ölkədən!

Valideynlər iclası olmayacaq…
Gözüyaşlı analar məhkəmə iclaslarında sürünür.
Daha heç kimin qovulması əmri də yoxdur…
Hər kəs öz partasında qaxılıb oturmalıdır, görünür.

Bu məktəbin xadiməsi kimdir bəs?
Mirzə Cəlilin qəhrəmanıdırmı,
Dədə Qorqudun Burla Xatunumu?
Kimin kitabından çıxıb bu qadın?
Bu, bizim anamızmış,
Bizim Ana Vətənmiş…
Nəcisini təmizləməyə məhkum qalıbdır…
Nankor zırramaların.
XS
SM
MD
LG