Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 21:39

Yeni qanlı döyüşlər, yeni girovlar, yeni prezident (Ukrayna xronikası 28 may-1iyun )

Mayın 29-da Slavyanskda separatçılar Ukrayna vertolyotunu vurublar, 1 general və 13 Ukrayna hərbçisinin öldüyü bildirilir.

Donbassda müharibə davam edir. Ukrayna ordusu mobil yaraqlı separatçı qrupları ilə gündəlik döyüşlər aparsa da, üstünlük əldən-ələ keçir

Ağır döyüşlər mərkəzinin coğrafiyası da hər gün dəyişir, mayın 27-də Donetsk, mayın 28-də Luqansk, mayın 29-da Slavyansk.

Sayı gündən-günə artan ölən və yaralananlarla yanaşı girov girov götürülənlər haqda da xəbərlər gəlir. Regionda 8 ATƏT müşahidəçisinin yoxa çıxdığı bildirilir.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.
00:41 27.5.2014

DONETSKDƏ SİLAHLIQ QARŞIDURMA

Donetsk aeroportu ərazisi vertolyotlardan atəşə tutulur
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Mayın 26-da Ukrayna təhlükəsizlik qüvvələri separatçıları Donetsk aeroportundan sıxışdırandan sonra onları təqib etməyə davam edirlər. Şəhərdə olan Qərb jurnalistləri döyüşlərin aeroportdan şəhər mərkəzinə tərəf hərəkət etdiyindən danışırlar. AzadliqRadiosu Rus xidmət xəbər verir ki, vertolyotlardan Donetsk sakinlərinə vərəqələr səpələnib. Vərəqələrdə imkan daxilində xüsusilə uşaqlara evdə qalmaq məsləhət görülür. Hadisələrin gedişi haqda CanlıBloqumuzda son xəbərləri izləməyi unutma
00:56 27.5.2014
Donetskdə döyüşlər şəhər mərkəzinə tərəf hərəkət edir. Dəmiryolu stanisyası yaxınlığında ölən və yaralananlar var


DONETSK DÖYÜŞLƏRİNİN TƏSADÜFİ QURBANI

Donetsk döyüşlərinin təsadüfi qurbanı
Gözlə

No media source currently available

0:00 0:01:25 0:00

01:59 27.5.2014

Rusiya xarici işlər nazirliyi ATƏT-i Donetskdə yaranan vəziyyəti aydınlaşdırmağa çağırıb. Şəhərdəki döyüşlərdə çeçenlərdən ibarət "Vostok" batalyonununun separatçılar tərəfində vuruşduğu bildirilir.

Donetsk meri əhaliyə müraciət edərək onları evdə qalmağa, uşaqlara göz qoymağa çağırıb. Deyib ki, Ukrayna qoşunları ilə Donetsk respublkası döyüşçülərinin toqquşmaları gedir və "tərəflər öz addımları haqda heç bir məlumat vermirlər"

Davamı

XS
SM
MD
LG