14:38
30.5.2014
Ukrayna Rusiya qarşıdurmasının daha bir tərəfi – “casus ovu”dur. Hər 2 ölkənin xüsusi xidmət orqanları tez-tez təxribatçıların saxlanması haqda xəbər verirlər. Sonuncu belə xəbər Krımdan gəldi. Rusiya FSB-si elan etdi ki, Krımda təxribat törətmək niyyəti olan 4 “Sağ sektor” (Maydan hərəkatının radikal qanadı) üzvü həbs olunub. Ukrayna xarici işlər naziri həbs olunanlardan birinin tanınmış film rejossyoru Oleg Sentsov olduğunu bildirir. Sentsovun Simferopolda öz evində həbs olunaraq Moskvaya aparıldığı bildirlir.
18:02
30.5.2014
Yenə? #Ukrayna şərqində ATƏT (əməkdaşlıq və təhlükəsizlik) də özünü qoruya bilmir http://t.co/ljQO6L4n6i
— AzadliqRadiosu (@RadioAzadliq) 30.5.2014
18:14
30.5.2014
Donetskdən bir mənzərə. Köşk satıcısının hazırladığı lövhədə yazılıb: "Təzə qəzet yoxdu, elə həyat da..."
18:45
30.5.2014
DONETSK MƏKTƏBLƏRİNDƏ YARIMÇIQ SON ZƏNG
Mayın 30-da Donetsk orta məktəblərində son zəngdir. Şəhərdəki vəziyyətə görə məktəblərə tapşılıq verilib ki, məzunlar bu bayramı ancaq axşam saat 8-dək qeyd edə bilər. Bunu təhlükəsizlik səbəbi ilə izah edən şəhər polis idarəsindən deyirlər ki, polis patrulları məktəbləri xüsusi diqqətdə saxlayacaq. Adətən orta məktəbi bitirənlər bütün gecəni həyatlarındakı bu əlamətdar günü qeyd edirlər, lakin Ukraynanın şərqindəki gərginliklə bağlı separatçılar Donetskdə və Luqanskda fövqəladə vəziyyət və komandant saatı elan ediblər.