Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:01

Rauf Mirqədirovun Türkiyədə müdafiəsinə razılıq verilmədi


Rauf Mirqədirov
Rauf Mirqədirov

Həbsdə olan jurnalist Rauf Mirqədirovun işini aparan müstəntiq İbrahim Lənbəranski onun Türkiyədə müdafiə olunması ilə bağlı vəkillərin müraciətinə mənfi cavab verib.
-
Vəkil Elmar Süleymanovun AzadlıqRadiosuna dediyinə görə, onların 10 gün əvvəl Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsinin müstəntiqi İbrahim Lənbəranskiyə etdikləri müraciətə mayın 29-da cavab verilib.

“Aprelin 19-da Rauf Mirqədirovun Türkiyədən Azərbaycana verilməsini deportasiya adlandırırlar, əslində bu ekstredasiyadır. Onun bu məsələ ilə bağlı hüquqları Türkiyədə pozulub. Bu səbəbdən də Türkiyədəki vəkillər jurnalistin hüquqlarını müdafiə etmək istəyirlər. Bunun üçün Rauf Mirqədirovun adından Türkiyədəki vəkilə etibarnamə verilməlidir. Biz də müstəntiqə müraciət etmişdik ki, təcridxanaya notarius dəvət edilsin və notarial qaydada etibarnamə təsdiq olunsun. Qanunda yazılıb ki, əgər həbsdə olan şəxsin notarial hərəkətlər aparmasına ehtiyac yaranarsa, onda həbsxanaya notarius dəvət olunur. Müstəntiq isə bizə verdiyi cavabda yazıb ki, ona belə bir icazə verilə bilməz və bu istintaq sirrinin yayılmasına səbəb ola bilər”.

Elmar Süleymanovun sözlərinə görə, imtina cavabı ilə müstəntiq konstitusiyanın 6 maddəsini və bir sıra beynəlxalq sənədlərin müddəaları pozmuş olur.

“Biz müstəntiqin çıxardığı bu qərardan məhkəməyə müraciət etmişik”.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan “Ayna”-“Zerkalo” qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən çıxarılıb və elə həmin gün də Bakıda həbs olunub. “Dövlətə xəyanət”də ittiham olunan jurnalistə 3 aylıq həbs cəzası verilib. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist ittihamları əsassız sayır və istintaqa ifadə verməkdən imtina edir.
XS
SM
MD
LG