Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:21

Əli Əkbərin yeni romanı İsveçrədə almanca çap olunur


Əli Əkbər kitabının Azərbaycanda çapını, Azərbaycan dilinə tərcüməsini qadağan edib.

KaMeRu nəşriyyatının saytı
KaMeRu nəşriyyatının saytı
-

Yazıçı Əli Əkbərin yeni romanı İsveçrədə çap olunur.

“Yol ayrıcı” (Die Kreuzung) bu ölkənin “KaMeRu” nəşriyyatında almanca nəşr edilir.

Əsər İsveçrədə sığınacaq almış qaçqınların qaçqın düşərgəsindəki sərt qaydalar altında yaşayışının təsviri ilə başlayır.

Burda həbsxananı xatırladan gündəlik həyat tərzi dolğun bir dillə təsvir olunuraq, insanda dəhşət oyadır.

İsveçrədə yaşayan müəllif təkcə Azərbaycandakı hakimiyyətin təbliğat işindən, internetdəki intiriqa və yalan bataqlığında batmış cəmiyyətdən deyil, həm də qürbətdəki mühacirin ilk günlərindən yazır.

Onun qəhrəmanlarının get-gedə şiddətlənən vətən həsrəti və qürbətdə stabil həyat qurmaq arzusu sonrakı hadisələrə başlanğıc verir.

Romanın qəhrəmanı öz ölkəsində məşhur ssenarist olan Əmir Azərbaycandakı rejimə qarşı çıxır, hakimiyyət tərəfindən bir neçə təzyiqlərə məruz qaldıqdan sorna İsveçrə səfirliyinin köməyilə ailəsi ilə birlikdə ölkədən çıxıb xilas ola bilir.

O anlayır ki, qaçqın şəhərciyində qoyulan qaydalar hamısına əməl etmək mütləqdir. Bununla belə o yazmağa davam edə bilmədiyi üçün məyusluq keçirir, çünki yazmaq onun üçün nəfəs almaq kimi bir şeydir. Azərbaycan höküməti ona vacib bir mədəni layihə üzərində işləmək təklif edəndə, o axır ki, razılaşır və mühüm qərar qəbul edir.

“Kəsişmə” – daha çox siyasi və avtobioqrafik tərzdə yazılmış bir romandır.

Kitab bu il oktyabr ayının əvvəllərində Almaniyada keçiriləcək Frankfurt kitab sərgisində təqdim olunacaq.

Əli Əkbər kitabının Azərbaycanda çapını, Azərbaycan dilinə tərcüməsini qadağan edib.
XS
SM
MD
LG