Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 14:44

Ukrayna böhranı (2-4 iyun xronikası)

Luqansk və Donetsk vilayətlərinə Rusiyadan daxil olan hərbi yardımın qarşısını almağa can ata Ukrayna hakiiyyətinin bunu necə həyata keçirəcəyi açıqlanmır

- Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Turchynov vəzifəsinin sonuncu günü ölkə şərqində hərbi vəziyyət elan etmək təklifini səsləndirib.

- Luqanskda 2 günlük döyüşdən sonra Ukrayna sərhədçiləri mövqelərini separatçılara təhvil veriblər

- Avropa səfərində olan Barack Obama Ukraynaya yardım vəd edib, NATO rəhbəri də Ukrayna ordusunun yenidən qurulmasında ölkəyə kömək olunacağını bildirib.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

23:48 4.6.2014

MEDIANIN GÜCÜ



Ukraynanın şərqindəki silahlı münaqişənin birbaşa iştirakçısından çox virtual, sosail şəbəkə termini ilə desək, "divan generalları" var. İyunun 4-də "divan generalları"nın əsas mübarizəsi bu foto uğrunda gedib. Fotonun təqdimatında yazılıb "Qızcığaz, əmini bax o sərhədçi postuna qədər ötür..." Onu paylaşan Ukraynapərəst twitter istifadəçisi separatçıların dinc əhalinin arxasında gizlənərək döyüşdüyü haqda ittihamlara eyhamdır. Rusiyameylli sosial media iştifadəçiləri isə qəzəblidirlər, yazırlar ki, xalqın müdafiəsinə qalxan bu qəhrəmanlar uşaqları Ukrayna ordusunun bombardımanından xilas edirlər. Biz isə bu fotonu 2 səbəbdən təqdim edirik: 1. medianın gücününün istənilən silah növündən təsirli olmasını göstərmək üçün. 2. bu müharibədə hər tərəfin öz həqiqəti var - əsl həqiqət isə çox vaxt bu 2-nin arasında gizlənir. Məsələn fotodakı silahlılar, çox güman ki, uşaqlardan canlı sipər kimi istifadə etmirlər. Eyni zamanda, Rusiyameylli yaraqlıların öz hərbi vəzifələrini yerinə yetirərkən xüsusi olaraq uşaqlar haqda düşündükləri də hiss olunmur. Sən necə fikirləşirsən, bu münaqişədə hansı tərəfi uşaqlara daha çox təhlükə sayırsan? Blqoun sonundakı forumda fikrini yaz
01:00 5.6.2014

ATƏT GİROVLARINDAN XƏBƏR VAR


Ukrayna təhlükəsizlik xidməti Rusiya kazakları arasında telefon danışığının səs yazısını açıqlayıb. Videoda (11:17-dən sonra) Kazakların N.Kozitsin adlı atamani ilə söhbətində Ukraynada hökumət qüvvələri ilə döyüşən dəstə komandırı deyir ki, ATƏT maşınını saxlayıb və ondan əmr gözləyir. Kozitsin cavab verir ki, maşındakı ATƏT nümayəndələrinin sənədlərini əllərindən almaq, ayrıca bir otağa aparıb, nəzarət altında saxlamaq lazımdır, maşınlarını isə elə bir yerdə gizlətmək ki, havadan görünməsin. Kozitskin deyir ki, əmr "çox-çox yuxarılardan gəlib"

Ukraynada münqaişə başlayandan artıq 3 ATƏT müşahidə qrupu girov götürülüb. Onlardan 1 qrupunu aprel ayında Slavyanskda azad ediblər. May ayının sonunda isə bir-birinin ardınca 2 qrup üzvləri yoxa çıxıb.
01:49 5.6.2014

POROSHENKO-NUN SÜLH PLANI VAR

Rusiyapərəst silahlı dəstənin əsgəri iyunun 4-də ələ keçirilmiş Ukrayna sərhəd qoşunlarının hərbi hissəsində
Rusiyapərəst silahlı dəstənin əsgəri iyunun 4-də ələ keçirilmiş Ukrayna sərhəd qoşunlarının hərbi hissəsində


Avropada səfərdə olan Ukraynanın yeni seçilmiş prezidenti Petro Poroshenko bildirib ki, öz fəzifəsinin icrasına başalayan kimi Ukraynanın şərqində vəziyyətin sabitləşdirilməsi üçün geniş amnistiya verəcək və Ukraynadakı hakimiyyət mərkəzləşdirilməsinin dərəcəsini yerli özünüidarə səlahiyyətləri hesabına xeyli azadldacaq.

Eyni zamanda Ukrayna rəsmiləri elan ediblər ki, Rusiya ilə sərhədləri tamamilə nəzarətə götürmək niyyətindədirlər. Hazırda qonşu ölkə ilə Luqansk vilayətindəki sərhəd zolağı tamamilə Rusiyameylli yaraqlıların nəzarətinə keçib. Buradan Ukraynada hökümət qoşunlarına qarşı döyüşən silahlı qruplaşmalara silah və canlı qüvvə köməyinin daxil olduğu ehtimal edilir.

Davamı

XS
SM
MD
LG