Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:03

Anar Məmmədlinin şikayəti təmin olunmadı


Anar Məmmədli
Anar Məmmədli
-
İyunun 18-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin QHT-lərə Dövlət Dəstəyi Şurasına, Maliyyə Nazirliyinə və Vergilər Nazirliyinin Vergi Auditi Departamentinə qarşı iddiası üzrə proses keçirilib.

Müdafiə tərəfi Vergilər Nazirliyi, Maliyyə Nazirliyi və QHT-lərə Dövlət Dəstəyi Şurası əməkdaşlarının birgə iştirakı ilə hazırlanmış yoxlama aktının etibarsız sayılmasını istəyib. Ancaq məhkəmə buna razılaşmayıb.

Məhkəmədə Anar Məmmədlinin və Bəşir Süleymanlının prosesdə iştirak etməsi haqqındakı vəsatət də təmin olunmayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlini 5 il 6 ay, mərkəzin icraçı direktoru Bəşir Süleymanlını 3 il 6 ay azadlıqdan məhrum edib. Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədov isə 3 il 6 ay şərti həbs cəzası alıb. Onlar qanunsuz sahibkarlıqda, külli miqdarda mənimsəmə və israf etmədə, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.
XS
SM
MD
LG