Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:47

«Rus ayısı qazax qapısını kəsib» - Mətbuat icmalı


-
Khamenei deyir ki, ABŞ İraqda sünni-şiə davası salır.

Reagan sağ olsaydı, o, İraqda heç kimin tərəfini tutmazdı.

Rusiya Avropada şist qazına qarşı dezinformasiya müharibəsi aparır.

Qrupdan çıxa bilsə, İran yığmasına 1 milyon dollar mükafat təyin olunub.

Dünya mediası bu gün nədən yazır?

SÜNNİ-ŞİƏ DAVASI

İran lideri Khamenei xəbərdarlıq edir ki, İraqda sünni-şiə bölgüsü Amerikanın marağındadır. Daily Telegraph qəzeti yazır ki, Khameneinin fikrincə, İraqda irəliləyən İraq və Suriya İslam Dövləti təşkilatı da məhz ABŞ-ın marağına xidmət edir.

İran lideri İraqdakı vəziyyəti düzəltməkdə ABŞ-la İranın əməkdaşlığına şübhə ilə yanaşır və ABŞ-a inanmır. O deyir ki, ABŞ İraqda məzhəblər arasında bölücülük toxumu səpir.

REAGAN SAĞ OLSAYDI, İRAQDA NƏ EDƏRDİ?

Wall Street Journal qəzeti yazır ki, ABŞ İraqda heç kimin tərəfini tutmamalıdır.
Qəzet yazır ki, indi Ronald Reaganın prezidentliyindən çox danışılır, ancaq o, xarici siyasəti necə yerinə yetirirdi?

1984-cü ildə Reaganın müdafiə naziri Caspar Weinberger müharibəyə girişməyə 2 şərt qoyurdu: “ABŞ-ın və onun müttəfqilərinin həyati maraqlarına toxunulmayana qədər və müharibəni aydın şəkildə udmaq istəyi olmayana qədər ABŞ hərbi qüvvələri müharibəyə cəlb olunmamalıdır”. Bu baxımdan İraqda ABŞ-ın həyati maraqlarına toxunulurmu və ABŞ burda hansı müharibəni udmaq istəyir?

AYI QAPINI KƏSİB

Economist jurnalı yazır ki. ayı qapının ağzını kəsib. Söhbət Qazaxıstanın Rusiya ilə qonşuluğundan gedir.

Jurnal yazır ki, Ukrayna hadisələrindən sonra Rusiyanın qonşuları, o cümlədən Qazaxıstan prezidenti Nazarbayev çox narahatdır. Ukraynanın Qərbi seçməyinə görə belə yüksək haqq ödəməsini görən Nazarbayev narahat və hətta şok olub.

Qorxuya əsas da var. Qazaxıstanın Rusiya ilə 7 min km-lik sərhəddi böyu ruslar yaşayan şəhərlərdir. Oskemen kimi sənaye şəhərlərində ruslar qazaxlardan çoxdur. Qazaxıstan əhalisinin 5-də1-i ruslardır. Nazarbayev avtoritar prezidentdir, ölkə daxilində onunla heç kim mübahisə etməyə cürət etmir. Ancaq onun 74 yaşı var, onun yerinə gələnin işi çox çətin olacaq.

ŞİST QAZINA QARŞI MÜHARİBƏ

Guardian qəzeti yazır ki, Rusiya ekoloji təşkilatlarla məxfi əməkdaşlıq edir.
Rusiya qazından asılı olan Avropa ölkələri bu qazı şist qazı ilə əvəz etmək istəyirlər və bu qazı ABŞ-dan ala bilərlər.

Ancaq Rusiya da sakit dayanmır. NATO baş katibi Rasmussen deyir ki, Rusiya qazından asılı olan Avropa ölkələrində Rusiya yerli ekologiya təşkilatlarını şist qazının əleyhinə qaldırır.

Londonda Chatam House araşdırma mərkəzində çıxış edən Rasmussen deyib ki, Rusiya QHT-lərlə və ekoloji təşkilatlarla məxfi əməkdaşlıq edir və yüksək səviyyədə dezinformasiya əməliyyatları aparır. Məqsəd şist qazını gözdən salmaq, bunun istifadənin səmərəsizliyini göstərməkdir.

ƏN MÜƏMMALI YIĞMA

Daily Telegraph qəzeti yazır ki, indiki Dünya Kuboku yarışlarında ən müəmmalı yığma İrandır.

İran Futbol Federasiyasının prezidenti Ali Khafashiandan amerikalı jurnalistlər soruşublar ki, doğrudanmı İran yığmasında köynəklər qıtdır? Oyundan sonra İran oyunçuları bu köynəkləri rəqib yığma ilə dəyişə bilmirlər? Federasiyanın prezidenti gülərək deyib ki, iyunun 21-dəki oyunda “Messi İranın 10 köynəyinin hamısını istəsə, bunların hamısını götürə bilər”.

Ancaq bu cavabdan yenə də bilinmir ki, İran oyunçularının doğrudanmı cəmi 10 köynəyi var.

Bununla belə, qəzet yazır ki, İran yığması öz qrupundan çıxa bilsə, İran Futbol Federasiyası yığmanın oyunçularına 1 milyon dollar mükafat təyin edib.

İranın idman şərhçisi Ahmadpour deyir: “Əvvəllər İranda 1 nömrəli idman güləş idi, indi futboldur”.

Qəzet yazır ki. Braziliyaya futbola baxmağa İran yığmasının 10 min azarkeşi gəlib. Hərçənd onların çoxu ABŞ-da və Avropada yaşayanlardır.

Twitterdə İran prezidenti Rohaninin televiziya ilə futbolu izləməsinin şəkli yayılıb.
Hətta Vyanada İranla superdövlətlər arasında nüvə danışıqlarında fasilə olan kimi İran nümayəndəsi gəlib, televiziyada futbola baxır.

Argentina ilə oyun haqda Kafashian deyir: “bütün dünya bizə baxacaq. Bu bizi həvəsləndirir”.

Qəzet yazır ki, sosial şəbəkələrdə bir zarafat geniş yayılıb. Orda deyilir ki, İran Argentina ilə 11-0-5 taktikası ilə oynaycaq: yəni müdafiədə 11 oyunçu oynayacaq, yarımmüdafiədə heç kim olmaycaq, hücumda isə 5 mələk oynayacaq.
XS
SM
MD
LG