Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:24

"İlham Əliyevdən soruşmaq lazımdır ki, niyə Facebook fəalları narkotik ittihamı ilə tutulur?"


Prezident İlham Əliyev
Prezident İlham Əliyev
Avropa Şurası liderləri və Parlament Assambleyasının üzvləri prezident İlham Əliyevi Azərbaycanda hökumət tənqidçilərinin və müstəqil qrupların təqib olunmasına son qoymağa çağırmalıdır. Bunu Human Rights Watch insan haqları təşkilatı iyunun 23-də bildirib.

Təşkilat qeyd edir ki, Azərbaycanda hökumət tənqidçilərinin təqib olunması artır.

Azərbaycanın AŞPA Nazirlər Komitəsinə 6 aylıq sədrliyi və bununla bağlı Azərbaycan prezidentinin AŞPA-dakı iyunun 24-ə nəzərdə tutulan çıxışı ilə bağlı Human Rights Watchun Avropa və Orta Asiya üzrə direktoru Hugh Williamson deyir: “İroniya ondadır ki. Azərbaycan standartlarını belə kobudcasına pozduğu quruma sədrlik edir.

Avropa Şurası rəhbərliyi imkandan istifadə edib, İlham Əliyevi tutulan insanları buraxdırmağa çağırmalıdır. O adamlar fikirləşdiklərini deməkdən başqa bir şeyə görə həbs olunmayıblar. Və Azərbaycanda müstəqil qruplara fəaliyyət göstərməyə imkan verilməlidir.“

Human Rights Watch bildirir ki, Azərbaycanda son 2 ildə ən azı 40 siyasi fəala, jurnalistə, bloqqerə qarşı əsassız cinayət işləri açıb və bir çoxları artıq həbsdədir.

2013-cü ilin sentybarında Human Rights Watchun yaydığı hesabatda hökumətin öz tənqidçilərini susdurması üçün müxtəlif cinayət ittihamlarından, o cümlədən narkotik və silah gəzdirmə, zorakılığa çağırma, xuliqanlıq, vergidən yayınma, satqınlıq kimi ittihamlardan istifadə etdiyi bildirilir.

Azərbaycan prezidenti İlham Əliyev və onun hökuməti Azərbaycanda siyasi motivli təqiblərin olmasını rədd edir. Ancaq cinayət işləri və bu zaman qanunların pozulması bu cinayət işlərinin hökumət tənqidçilərini cəzalandırmaq məqsədi daşıdığına şübhə qoymur.

Avropa Şurasının bir neçə qurumu Azərbaycanda siyasi motovli təqiblər haqda narahatlığını bildirib.

İyunun 20-də AŞPA-nın insan haqları müdafiəçiləri üzrə hesabatçısı Mailis Reps Azərbaycanda insan haqları fəallarına, jurnalistlərə, bloqqerlərə qarşı müxtəlif gözqorxutma tədbirlərindən narahatlığını bildirib. O, həmin tədbirlər sırasında özbaşına həbslər, ədalətsiz məhkəmələr, qurama ittihamlar və hətta həbsxanada işgəncələrin adını çəkir.

May ayında Avropa İnsan haqları məhkəməsi qərar verdi ki, müxalifət fəalı İlqar Məmmədovu hökuməti tənqid etdiyinə görə susdurmaq, ya da cəzalandırmaq məqsədi ilə həbs ediblər.

2014-cü ilin aprelində Avropa Şurasının İnsan Haqları Komissarı Nils Muiznieks bildirdi ki, “Azərbaycanda ədalətsiz və ayrıseçkiliklə təqiblər davam edir. Bu, qəbul edilməzdiur. Öz baxışlarına görə tutulanlar azad olunmalıdır”.

Williamson deyir: “İlham Əliyev Strasbuqrda yəqin ki, iddia edəcək ki, Azərbaycanda siyasi motivli ittihamla tutulan yoxdur.” “Ancaq ondan soruşulmalıdır ki, onda niyə ölkənin bir sıra aparıcı siyasi fəalları həbsxanadadır?. Niyə polis Facebook fəallarını narkotik ittihamı ilə tutur? “

Human Rights Watch hesab edir ki, hökumət bəzi insan haqları təşkilıatlarını qeydiyata almaqdan imtina etməklə onları qanun pozuntusuna sövq edir, çünki onlar öz fəaliyyətlərini maliyyələşdirə bilmirlər.

Mayın 26-da Bakı məhkəməsi Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədlini qanunsuz sahibkarlıq fəaliyyəti və digər ittihamlarla 5,5 il azadlıqdan məhrum etdi.

Williamson deyir: “Azərbaycanın 13 il əvvəl Avropa Şurasına qoşulanda götürdüyü öhdəliklərə əməl etməsinin vaxtıdır”. “Bu iş İlqar Məmmədov və Anar Məmmədlinin və eləcə də onlarla belə fəalın azad olunmasından başlana bilər”.

Azərbayan rəsmiləri bir qayda olaraq ölkədə insan haqları pozuntularına görə beynəlxalq təşkilatların tənqidlərini ölkəyə qərəzli münasibətin nəticəsi adlandırırlar.
XS
SM
MD
LG