Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:23

İlham Əliyev deyib ki, ermənilər Dağlıq Qarabağa 200 il əvvəl yerləşib


İlham Əliyev AŞPA-da iyunun 23-dəki çıxışında Dağlıq Qarabağ məsələsinə də toxunub.

O deyib: “Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Azərbaycanlılar burda əsrlərlə yaşayıb. Ermənilər isə burda 200 il əvvəl yerləşiblər. Bizim Dağlıq Qarabağdakı tarixi abidələrimiz, irsimiz təəsüf ki,erməni işğalçı qüvvələri tərəfindən dağıdılıb”

“Azərbaycan ərazisinin 20 faizi işğal olunub. Biz erməni quldur dəstələri və erməni ordusu tərəfindən etnik təmizləməyə məruz qalmışıq. “

“Dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Heç kim, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”

“Biz danışıqlar prosesinə sadiqik. Ancaq hamı, o cümlədən ermənilər bilməlidir ki, bu proses sonsuz uzana bilməz. Gec ya tez nəsə ola bilər. Ona görə, Ermənistan rəhbərliyi nə qədər tez başa düşsə ki, başqa ölkənin torpağını tutmaq yol verilməzdir, onlara bir o qədər yaxşıdır”

“Öz müqəddəratını həll etmə ərazi bütövlüyünü pozmamalıdır. Münaqişə mümküm qədər tez, hamının xeyrinə, o cümlədən Erməni xalqının xeyrinə həll olunmalıdır. “

İlham Əliyev deyir ki, hazırda “erməni xalqı ölkəni dağılmağa və fəakətə aparan Ermənistan hökumətindən zərər çəkir”.

XS
SM
MD
LG