Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:41

İslam Xilafəti [Video]


İŞİD Suriyada ağır texnika ilə parad keçirir
Gözlə

No media source currently available

0:00 0:01:11 0:00

İŞİD Suriyada ağır texnika ilə parad keçirir

.

İslam Xilafəti

İraq və Şamın İslam Dövləti (İŞİD) nəhayət Suriya və İraqda tutduğu ərazilərdə “xilafət” və ya İslami dövlət yaratdığını elan edib.

Beləliklə, indi artıq təşkilatın adındakı İraq və Şam, yəni Suriya sözlərinə ehtiyac yoxdur və hərəkat bundan sonra, sadəcə İslam Dövləti adlanacaq. Təşkilat həmçinin öz lideri Əbu Bəkr əl-Bağdadini “xəlifə” elan edib. İslam Dövləti təşkilatı bütün dünya müsəlmanlarını – ümməti, hətta düşmən qruplaşmalar da daxil olmaqla xəlifəyə itaət və sədaqətə çağırıb.

İslamçılar bütün Yaxın Şərq, Şimali Afrikanın bir hisəsi və başqa ərazilərə hakim olan 1400 yaşlı xilafəti dirçəltmək barədə çoxdan düşünürdülər.

Xilafət nədir?

Ərəbcə “xilafət” “xəlifin hökuməti” kimi başa düşülür. Xilafət ilk dəfə olaraq 7-ci əsrdə İslamın banisi Məhəmməd peyğəmbərin ölümündən sonra yaradılıb.

“Xəlif” sözü ərəbcə həm də Məhəmmədin “xələfi” kimi interpretasiya olunur. Xəlifə tarixən dövlətin həm dini, həm də siyasi rəhbəri olub. Xəlifəyə həmçinin “əmir əl-möminin” – “möminlərin əmiri” və ya komandanı adı ilə müraciət ediblər.

Başlanğıc və son?

Raşidi xilafəti (632-661) ilk xilafət olub və Məhəmmədin ölümündən sonra yaradılıb. Raşidilər – ilk dörd xəlifəyə - Əbubəkr, Ömər, Osman və Əliyə verilən addır, “raşidin” sözünün mənası isə “mükəmməl”, düzgün olan vəkildir.

Bu dörd xəlifədən sonra xilafətin taxtına Əməvilər (661-750), Abbasilər (750-1258) kimi müxtəlif sülalər yüksəlib. Xilafət Monqol istilası zamanı son dərəcə zəifləyib və 1453-1923-cü illər arasında Osmanlı İmperiyasının nəzarətinə keçib. Xilafəti 1924-cü ildə Türkiyə Respublikasının banisi Mustafa Kemal Atatürk ləğv edib.

Bundan sonra edilən cəhdlərə baxmayaraq, müsəlman-ərəb liderləri arasındaklı ixtilaflar üzündən xilafəti bərpa etmək mümkün olmayıb.

Xəlif məsələsi İslam dünyasında parçalanmaya səbəb olub

Londonda mənzillənmiş Kral Kollecində (King’s College) İslam üzrə aparıcı mühazirəçi, doktor Carool Kersten deyir ki, xilafət siyasi təşkilat kimi sünnilərə tam uyğun olsa da, bu, şiələr üçün belə deyil.

Şiıələr inanırlar ki, Məhəmməd peyğəmbərin xələfi yalnız onun öz ailəsindən gələ bilər. Onlar əmindirlər ki, peyğəmbərin əmisi oğlu və kürəkəni olmuş Əli, Məhəmmədin yeganə legitim varisidir.

Lakin sünni ənənələrinə görə xəlifəlik seçkili olmalıdır və bu mənada Əli Əbubəkr, Ömər və Osmandan sonra yalnız dördüncü xəlifədir.

"Şiələr Əlini xəlifə yox, imam adlandırırlar. Buna görə də şiələr yalnız imamların irsi hakimiyyətini tanıyırlar” - deyir Kersten.

Tarix boyunca hətta sünni xəlifələrin hakimiyyəti dövründə də xilafət başçılığına iddialar olub. İspaniyada və Misirdəki düşmən sülalər də iddiaçı qismində bulunublar.

İŞİD-in bəyanatının əhəmiyyəti nədir?

Bir çox şərhçilər bu qənaətdədirlər kli, İŞİD İraqda ələ keçirdiyi ərazilərin legitimliyini artırmağa çalışır.

Doktor Kersten-in inamına görə İŞİD tezliklə, Yaxın Şərqdəki sərhədləri sual altına alaraq “əsl, xalis və alternativ siyasi İslam sistemi”ni irəli sürəcək.

"Xilafət elan etməklə onlar vurğulamaq istəyirlər ki, öz ərazilərini hazırda beynəlxalq sistemin qərar tutduğu “millət-dövlət” modelindən fərqli bir siyasətlə idarə etmək istəyirlər”- deyir Kersten.

Kersten deyir ki, xilafət haqqında bəyanatın məhz indi, müqəddəs Ramazan ayının başlanğıcında verilməsi də təsadüfi sayılmamalıdır.

“Bu, bütün müsəlmanların ən güclü dindarlıq hisslərini nümayiş etdirdikləri vaxtdır” – deyir alim.

Yaxın Şərqdə yəqin ki, çox az adamlar İŞİD-in xilafətini salamlayacaqlar.

Ekstremist təşkilatın xilafət bəyanatı beynəlxalq cihadçı hərəkatı, hətta əl-Qaedanın gələcəyini də təsirləndirə bilər. Əl-Qaeda vaxtilə Suriyadakı İŞİD-liderləri ilə bütün əlaqələrini kəsib.

Əl-Qaeda uzun illər beynəlxalq cihadın çələngini daşıyıb. Lakin İŞİD Suriya və İraqda əl-Qaedanın heç vaxt edə bilmədiyi işi görə bilib – Yaxın Şərqdə böyük bir əraziyə sahiblənib.

İŞİD-in bəyanatı həmçinin Körfəz dövlətlərinə, ilk növbədə Səudiyyə Ərəbistanına birbaşa meydan oxumaqdır, - deyir Kersten.

"Səudiyyə Ərəbistanı İŞİD kimi təşkilatları dəstəkləsə də, bu addımı xoş qarşılamayacaq, çünki Səudiyyə kralları özlərini “İki müqəddəs Məsçidin (Məkkə və Mədinənin) xidmətçisi” adlandırılar. Bu, başqa sözlərlə, elə xəlifə tituluna uyğun gəlir”.

XS
SM
MD
LG