Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 20:17

Washington Post: «Separatçılar və Moskva cavab verməlidir»


-

Washington Post qəzeti yazır ki, əgər məlumatlar təsdiqlənsə, onda Ukrayna separtaçıları və onların Moskva sponsorları bu cinayətə görə cavab verməlidirlər.

Qəzet xatırladır ki, Ukrayna rəsmilərinin məlumatına görə, Malayziya Hava Yollarına məxsus təyyarə Moskvanın separatçılara verdiyi Rusiya raketi ilə vurulub.

Amsterdamdan Kuala Lumpura uçan təyyarədə 295 adam həlak olub.

Qəzet yazır ki, təyyarə qəzaya uğrayandan sonra separtaçılar əllərindən gələni etdilər. Onlar təyyarəni vurduqlarını danırlar. Onların komandanı İgor Strelkov öz bloqunda yazır ki, separatçıların vurduğu Ukrayna hərbi təyyarəsidir, sərnişin təyyarəsindən isə xəbərləri yoxdur.

Bu təbliğat kampniyasına Rusiya televiziyası da qoşulub. Rusiyanın ORT televiziyası təyyarəni Ukrayna hərbçilərinin vurduğunu deyir və hətta iddia edir ki, həmin raket Vladimir Putin uçan təyyarəni hədəf almışdı. ORT-nin iddiasına görə, xarici səfərdən gələn Putinin təyyarəsinin yolu vurulan təyyarənin yolu ilə kəsişirdi və onlar təyyarənin vurulduğu nöqtədən uzaq olsa da, eyni yerdən yarım saat fərqilə keçiblər.

Qəzet Rusiyanın təbliğatı ilə bağlı hesab edir ki, ABŞ bu məsələnin işıqlandırılmasında Rusiyaya və onun agentlərinə imkan verməməlidir ki, hadisələri öz bildikləri kimi yozsunlar. ABŞ beynəlxalq istintaqda təkid etməlidir.

Qərb ölkələri öz biznes maraqlarını bir kənara qoyub, Rusiyaya qarşı sərt sanskiyalara keçməlidirlər.

Guardian qəzeti isə yazır ki, təyyarədə 298 adam həlak olub. Burda Hollandiya, Avstraliya, Britaniya, Almaniya, Malayziya, Filippin vətəndaşlarının olmağı təsdiqlənir. Digər sərnişinlərin vətəndaşlığı araşdırılır.

Avstraliyanın baş naziri Tony Abbot eşidəndə ki, təyyarədə Avstraliyanın 27 vətəndaşı olub, o deyib ki, «bu qəza deyil, bu, cinayətdir, bu ağlasığmaz cinayətdir».

XS
SM
MD
LG