Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:51

Amerika kəşfiyyatı: Separatçılar Malayziya təyyarəsini «səhvən» vurub


Malayziyada Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 22 iyul 2014
Malayziyada Rusiya səfirliyi qarşısında etiraz aksiyası, 22 iyul 2014

-

Amerika kəşfiyyatının rəsmiləri deyir ki, onlar Rusiyayönlü separatçıların Malayziya təyyarəsini «səhvən» vurduğuna inanırlar. Olayda Rusiya ilə birbaşa əlaqə isə aşkar edilməyib.

Kəşfiyyat rəsmiləri bildiriblər ki, onlar sərnişin təyyarəsinin SA-11 yer-hava raketi ilə vurulduğunu düşünür. Kremllə təyyarənin vurulması arasında birbaşa əlaqə tapılmadığı deyilsə də, Rusiyanın bu hadisəyə «şərait yaratdığı» vurğulanır. Bununla belə atəşi kimin açdığı və Rusiya zabitlərinin həmin an orda iştirak edib-etmədiyi məlum deyil.

SA-11 yalnız qanuni hökumətlərin ixtiyarında ola bilər. Belə silahlar partizan hərəkatı ilə məşğul separatçı qiyamçılara xas deyil.

Bu arada iyulun 21-də ABŞ prezidenti Barack Obama bildirib ki, Malayziya Hava Yollarının təyyarəsi «Ukraynada Rusiyayönlü separatçıların nəzarət etdiyi ərazidən vurulub». O, həmçinin qeyd edib ki, Rusiya separatçılara təlim keçib və onları «hərbi silah-sursatla, o cümlədən zenit topları ilə silahlandırıb».

Amsterdam-Kuala-Lumpur marşrutu ilə hərəkət edən, «Malayziya Hava Yolları»na məxsus «Boing-777» iyulun 17-də Ukraynanın şərqində, rusiyameylli separatçıların nəzarətində olan ərazidə qəzaya uğrayıb. Təyyarədə olan 298 adamın hamısı həlak olub.

XS
SM
MD
LG