Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:56

AB Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edir


İyulun 24-də Avropa Birliyi səfirlərinin Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi məsələsini müzakirə edəcəyi gözlənilir. Bu qərar Rusiyayönlü separatçıların Ukrayna səmasında Malayziya təyyarəsini vurmasından sonraya təsadüf edir.

Ötən həftə AB liderləri razılaşıblar ki, iyul ayının sonunda Ukraynanın suverenliyinə təhlükə yaradan şirkətləri və adamları hədəfə alan sanksiya siyahısını genişləndirsinlər.

AB-nin xarici işlər nazirləri iyulun 22-də bildiriblər ki, Rusiya Ukrayna sərhədi boyunca silah ötürülməsini dayandırmasa, blok Rusiyanın kapital bazarlarına, müdafiə və həssas texnologiyalara, o cümlədən «enerji sektoruna» çıxışını məhdudlaşdıra birlər.

Avropa Birliyinin Enerji Komissarı Guenther Oettinger təklif edib ki, Moskva Ukraynanın şərqində gərginliyi aradan qaldırmağa yardım etməsə, AB Arktikadakı neft və qızıl yataqlarının inkişaf etdirilməsi üçün Rusiyaya texniki kömək göstərməsin.

XS
SM
MD
LG